Alaverdoba

Alaverdoba — gürcü kilsə bayramı. Tarixi kökü VI əsrdə gedib çıxır. Bu bayram on üç suriyalı müqəddəs atadan biri olan və gürcü monastırlarından birinin – Şərqi Gürcüstanda yerləşən Alaverdidəki kişi monastırının banisi olan İosif Alaverdilinin şərəfinə keçirilir. Bayram həm də məhsul yığımı ilə bağlıdır.

1847-ci il Alaverdobası. Qriqori Qaqarinin çəkdiyi şəkil

Bayram 28 sentyabrda başlayır və üç həftə davam edir. Bayrama görə Gürcüstanın müxtəlif rayonlarının sakinləri Alaverdi monastırına yığılırlar. Bayram vaxtı qurbalıq heyvanlar qurban kəsilir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.