Alaverdi monastırı
Alaverdi monastırı (gürc. ალავერდის მონასტერი), Alaverdi kafedral kilsəsi, Alaverdi kilsəsi – Şərqi Gürcüstanda, Kaxeti ölkəsindəki Axmeta şəhərindən 25 km məsafədə, Axmeta bələdiyyəsi ərazisində yerləşən və Gürcü pravoslav kilsəsinə aid olan gürcü monastır kompleksi. ХI əsrdə Kaxeti xorepiskopu III Kvirike(fr) (1010 – 1037/38-ci illərdə hakimiyyətdə olub) köhnə Müqəddəs Georgi kilsəsinin yerində tikdirmişdir. Bəzi hissələri VI əsrə aiddir.
Alaverdi monastırı | |
---|---|
ალავერდის მონასტერი | |
42°01′56″ şm. e. 45°22′37″ ş. u. | |
Ölkə | |
Yerləşir | Axmeta |
Tikilmə tarixi | XI əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Kilsənin hündürlüyü 50 m-ə yaxındır, daxili məkanın hündürlüyü 42 m-dən yüksəkdir. Tbilisidəki Müqəddəs Üç Üqnum kilsəsinin(ru) tikilməsinə (1995-2004) qədər Gürcüstandakı ən hündür kilsə idi.
Monastırda XV əsrə aid rəsimlər zamanəmizədək qorunub saxlanılıb.
Alavedi kilsəsi UNESCO-nun "Beynəlxalq İrs" siyahısına daxil eidlmək üçün təqdim edilib[1].
Monastırın əsası nə vaxtsa Antioxiyadan gəlmiş və o vaxtlar Ay məbədində ibadət edən bütpərəslərin dini mərkəzi olmuş kiçik Alaverdi kəndində məskunlaşmış suriyalı rahib İosif (Yoseb, Amba) Alaverdeli tərəfindən qoyulub.
Müasir dövrdə monastır Gürcüstanda ildə bir dəfə keçirilən dini “Alaverdoba” bayramındındə, diqqət mərkəzinə çevrilir. Monastır dünyanın ən köhnə çaxır regionunda yerləşir və burada monarxlar "Alaverdi monastırı" adlanan öz xüsusi növ çaxırlar hazırlayırlar[2].
İstinadlar
- "Alaverdi Cathedral — UNESCO World Heritage Centre/". 2019-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-06.
- "I Am Wine: Alaverdi Monastery Cellar". 2012-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-06.