Alar

Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[1]

Alar
39°18′55″ şm. e. 48°31′59″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.146 nəf. (2009)
Alar xəritədə
Alar
Alar

Toponimilası

Etnooykonimdir.[2]

Tarixi

Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər.[3] Q. Qeybullayev arxiv materiallarına[4] istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi.[5] Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.

Tarixi abidələri

Alar ərazisidə qədim və orta əsrlərə aid çox zəngin arxeoloji nümunələr aşkar edilmişdir. Alar kəndində daş qutu qəbirlərə dair maddi-mədəniyyət nümunələri tapılmışdır. Çox təəssüf ki, həmin qiymətli mədəniyyət nümunələri təsərrüfat işləri görülərkən yerli sakinlər tərəfindən əhəmiyyət verilmədən dağıdılmışdır.

Coğrafiyası və iqlimi

Kənd İncəçayın hər iki sahilində, düzənlikdə, məşhur "Qız qalası" yaxınlığında, Ələt-Astara şossesinin üzərində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 7146 nəfər əhali yaşayır.[6]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir. Kənddə xeyli sayda ticarət obyekti, böyük əkin sahələrində kartof plantasiyaları, taxıl zəmiləri, üzüm bağları var.

31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.[7]

Mədəniyyəti

Kənddə 1 poçt var.

Təhsil

Kənddə 3 orta təhsil məktəbi fəaliyyət göstərir.

Din

Kənddə 3 məscid vardır.

Səhiyyə

Kənddə 1 tibb məntəqəsi var.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.