Alapars
Alapars — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Alapars | |
---|---|
40°25′20″ şm. e. 44°38′01″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.500 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 18 km cənub-qərbdə, Zəngi (Razdan) çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[1], Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.
Kənd XVIII əsrdə İrəvan xanlığının Dərəçiçək mahalının tabeliyində olmuş, xanlıq ləğv edildikdən sonra XIX əsrin əvvəllərində yaradılan İrəvan quberniyasının Yeni Bayazid qəzasının inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 1930-1964-cü illərdə Axta (Razdan) rayonunun tərkibində olmuş, 1964-cü ildə Sevan rayonunun tabeliyinə verilmişdir. Bir ildən sonra yenidən Axta (Razdan) rayonuna qaytarılmışdır.
Toponim rəng bildirən ala sözü ilə bars türk etnonimi[3] əsasında formalaşmışdır.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1829-30-cu illərdə İranın Xoy, Maku, Türkiyənin Salmas, Van, Alaşkert vilayətlərindən köçürülmüşdür[4]. 1829-cu ildə kəndə İrandan 83 erməni köçürülmüşdür[5]. 1831-ci ildə kənddə 182 nəfər azərbaycanlı yaşamışdır. 1840-50-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılmış və kənd tam ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir. İndi ermənilər yaşayır.
İstinadlar
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.78
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.l 1
- Древнетюркский словарь, Л., «Наука», 1969. s.84
- Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.69
- Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.591-594