Alakat faciəsi

Alakat faciəsi və ya Alakat üsyanı1929-1930-cu illərdə məcburi kollektivləşdirməyə qarşı çıxmaq istəyən kəndlilərin aldadılması nəticəsində baş vermiş faciə. Nəticədə 800 nəfər həbs olunmuş 42 nəfəri isə güllələnmişdir.[1]

Alakat faciəsi
Məcburi kollektivləşdirmə
Faciə qurbanlarının xatirəsinə qoyulmuş abidəpx
Tarix oktyabr 1929 - noyabr 1930
Yeri Üsküt, Krım
Səbəbi Məcburi kollektivləşdirmə
Nəticəsi Üsyan bolşeviklər tərəfindən yatırılıb
Münaqişə tərəfləri

SSRİ SSRİ

Krım tatarları

    Tarixi arayış

    1929-cu ilin sonu 1930-cu ilin əvvəllərində Krımda gedən məcburi kollektivləşdirmə həm də krım tatar ənənələrini də məhv ediridi. "Qolçomaq" elan olunan Krım tatarları ölkənin şimal bölgələrinə sürgün edilirdilər. İnsanların sürgün edilməsi və məcburi kollektivləşdirmə insanların narazılığını artırırdı və bu yeni kəndli üsyanlarına səbəb olurdu. Bu üsyanlar öz adını Krımın cənub sahillərində yerləşən Alakat dərəsindən alıb. Üsyan qəddarlıqla yatırıldı və öz ardınca yeni repressiya dalğası da gətirdi.[1]

    Hadisələrin gedişatı

    1929-cu ilin ikinci yarısında XDİK Krımda Sovet İttifaqının düşmənlərini və etibarsız elementləri müəyyən etmək üçün əməliyyat keçirirdi. Onları müəyyən etmək üçün həm də provakasiya metodundan da istifadə olunurdu.[2] Üsküt kəndində əslən Karasubazardan olan P.Popov adında biri yerli sakinləri məcburi kollektivləşdirməyə qarşı qalxmağa təhrik edir və kolxoza getmək istəməyən sakinlərin adlarını siyahıda qeyd edərək XDİK-a təqdim edir.[1]

    Nəticəsi

    Üsyana qalxmış Üsküt sakinləri və ətraf kəndlərdən olanlar həbs olundular. Provakatorun verdiyi siyahılara əsasən 800 nəfər həbs olundu onlardan 250 nəfəri Sevastopola daha sonra isə Simferopol həbsxanasına aparıldılar. Həbs olunanlardan 42 nəfər güllələndi digərləri isə il müddətinə həbs olundular. Adı siyahıda olan və təqib olunan sakinlərdən yalnız 3 nəfər cəzadan yayına bilirlər. Onlar əvvəlcə qonşu kəndlərə qaçmış daha sonra isə dəniz yolu ilə Suxumiyə keçmiş ordan isə Türkiyəyə gəlib çatmışlar.[3] Onların arasında gələcəkdə məşhur olacaq tanınmış "Ülkər" şirniyyat şirkətinin qurucusu Sabri Ülkərin də ailəsi var idi.[1]

    Xatirəsi

    19 dekabr 2009-cu ildə Aluşta bölgəsinin Üsküt qəsəbəsində Alakat faciəsinin qurbanlarının xatirəsinə Aydar Aliyev tərəfindən yaradılmış abidə qoyulmuşdur.[1]

    Həmçinin bax

    İstinadlar

    1. Alifer Maydan. "Алакатская трагедия — трагедия народа" (rus. ). milli-firka.org. 25 dekabr 2009. 15 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2020.
    2. Arzı Abdulla. "Почти столетие назад в Ускуте было подавлено Алакатское восстание" (rus. ). crimeantatars.club. 2 oktyabr 2018. 24 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2020.
    3. "В Симферополе вышла в свет книга Ризы Фазыла «Алакатская трагедия – трагедия народа»" (rus. ). tatar-inform.ru. 25 yanvar 2008. 24 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2020.

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.