Alagir
Alagir (oset. Алагир ⓘ) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi.
Şəhər | |
Alagir | |
---|---|
oset. Алагир | |
48°02′30″ şm. e. 44°12′38″ ş. u. | |
Ölkə | Rusiya |
Respublika | Şimali Osetiya |
Rayon | Alagirski |
Mer | Tolparov Eduard Vladimiroviç |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1850 |
Yaşayış məntəqəsi statuslu | 1938 |
Sahəsi | 26.76 km² |
Mərkəzin hündürlüyü | 611 m |
İqlimi | mülayim |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 20.013 nəfər (2019) |
Sıxlığı | 748,47 nəf./km² |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 86731 |
Poçt indeksi | 363240 |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır.
Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var.
Etimologiyası
Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir.[1]
Tarixi
1824-cü ildə (bəzi mənbələrə görə - 1781[2]) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan[3] kəndi quruldu.
1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi.[4]
19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi. Tolmaçova görə bu dövrdə burada 1975 nəfər yerli sakin, 736 nəfər imeretiyalı, 949 nəfər osetiyalı yaşayırdı.
20-ci əsrin əvvəlindəki məlumatlara görə Alagir qəsəbəsi Terek mahalının bir hissəsi olaraq siyahıya alındı. Əsasən, rus, pravoslav olan 3183 sakini var idi. Qəsəbədə 2 kilsə, 2 məktəb, aptek poçt və teleqraf idarəsi, dövlət poçt xidməti fəaliyyət göstərirdi.
1905-ci ilin dekabrında Alagirdə kəndlilərin silahlı qiyamı baş verdi.
1938-ci ildə qəsəbəyə şəhər statusu verildi.
Böyük Vətən Müharibəsi zamanı şəhər 1 noyabr 1942-ci ildə alman qoşunları tərəfindən işğal edildi. 24 dekabr 1942-ci ildə Nalçik istiqamətində əks-hücum zamanı Zaqafqaziya Cəbhəsinin qoşunları tərəfindən azad edildi.
Əhalisi
İllər | 1926 | 1939 | 1959 | 1970 | 1976 | 1979 | 1989 | 1992 | 1996 |
---|---|---|---|---|---|---|---|---|---|
4200 | 12 648 | 15 163 | 18 161 | 18 000 | 19 007 | 21 132 | 23 200 | 24 500 | |
İllər | 1998 | 2000 | 2001 | 2002 | 2003 | 2005 | 2006 | 2007 | 2008 |
23 700 | 23 100 | 22 700 | 21 496 | 21 500 | 20 500 | 20 300 | 19 900 | 19 700 | |
İllər | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 |
19 528 | 20 949 | 20 966 | 20 709 | 20 575 | 20 399 | 20 270 | 20 211 | 20 133 | |
İllər | 2018 | 2019 | |||||||
20 043 | 20 013 |
Sosyal əhəmiyyətli yerləri
- Beş orta məktəb
- Alagir rayon təcili yardım mərkəzi
- Alagir rayon klinikası
- Alagir rayon klinik xəstəxanası
- Diş klinikası
- Milli Diyarşünaslıq Muzeyi
- Sadon Qurğuşun Sink Zavodunun Muzeyi və Park Kompleksi
- Yeddi uşaq bağçası
- İncəsənət məktəbi
- Musiqi məktəbi
- Mədəniyyət Sarayı
- Kitabxana
- Uşaq kitabxanası
- Kinoteatr (2016-cı il mayın əvvəlində açıldı)
- 2 idman mərkəzi
Abidələr
Şəhərdə Leninin, Stalinin, Kosta Xetaqurovun heykəlləri, İkinci Dünya müharibəsində ölən alagirlilərin xatirəsinə qoyulmuş T-34 tankı, osetin pedaqoq Babu Zanqiyevin xatirəsinə olan lövhə, Sovet İttifaqı Qəhrəmanı Pyotr Qujvinin adına obelisk vardır.
İdman
Alagir şəhərini təmsil edən Alagir FK 1992-2000-ci illərdə Rusiya alt liqalarında oynamışdır. 2012-ci ildə Albars FK yaradılmışdır.
Məşhur şəxslər
- Stanislav Çerçesov - Rusiya millisinin baş məşqçisi, köhnə futbolçu
- Aslan Dudiyev - profesional futbolçu
- Xetaq Qazyumov - Sərbəst güləşçi və məşqçi
- Zemfira Sahilova - Sovet və Rusiya teatr və kino aktrisası, pedaqoq
Həmçinin bax
İstinadlar
- "Алагир". 2011-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-03.
- "Фатима Бутаева: У истоков создания лазера". 2015-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-03.
- Цагаева А. Дз. Топонимия Северной Осетии. Часть II. Орджоникидзе, 1975. С. 488
- Иваницкий Александр Борисович
- "Том 4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- "Alagir - Mənim Şəhərim". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-03.
Mənbə
- Алагир // Новый энциклопедический словарь: В 48 томах (вышло 29 томов). — СПб., Пг., 1911—1916.
- Алагир // Города России: энциклопедия. — М.: Большая Российская энциклопедия, 1994. — С. 15. — 559 с. — 50 000 экз
- Алагирь // Большая советская энциклопедия : в 66 т. (65 т. и 1 доп.) / гл. ред. О. Ю. Шмидт. — М. : Советская энциклопедия, 1926—1947.
- Очерк «Селение Алагир» // Газета «Терские Ведомости» 1883 год №7, №10; 1899 год №127, №133, №139. №140, №142. Автор Толмачёв Сафоний Иоаннович