Alagöz dağı

Alagöz dağıErmənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır.

Alagöz dağı
erm. Արագած
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Ermənistan yaylası
Mütləq hündürlüyü 4090 m
Nisbi hündürlüyü 2.143 m[1]
Yerləşməsi
40°30′54″ şm. e. 44°11′18″ ş. u.
Ölkə  Ermənistan
Əyalət
Alagöz dağı xəritədə
Alagöz dağı
Alagöz dağı
Alagöz dağı xəritədə
Alagöz dağı
Alagöz dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Alagöz dağı 1856 ci il.

Toponim

Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə alakəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır. Oronimin ikinci hissəsi olan göz sözü (əslində gəz) Cənubi Qafqazda bir sıra dağ adlarında əksini tapmışdır: XIX əsrdə İrəvan quberniyasının Sürməli qəzasında Dərəgəz, Laçın rayonunda (Mıxtökən silsiləsinin şərq hissəsində) Çilgəz, Naxçıvanda Maqqız (dağın adındakı qız sözü), QubaŞamaxı rayonlarının sərhəddində Kəlgəz və b. dağ adlarında bu söz vardır. Azərbaycan dilində gəz dağ başında batıq yer deməkdir. Bu söz bəzi türk dillərində giz dərə kimidir. Alagöz dağı da vulkan mənşəlidir və zirvəsində böyük batıq vardır. Alagöz Azərbaycan türklərinin yaylaq yeri olmuşdur. Z.Korkotyanın bu dağın ayrı-ayrı hissələrinin adları haqqında məlumatı bunu təsdiq edir: Çınqıl, Kühül, Ziyarət, Qızıl Ləqəm, Qaradağ, Qaraköynək, Qızılziyarət, Qızıldağ, Şiştəpə, Boğutlu, Börklü, Qıpçaq, Qaranluq, Bakugöl, Təkərli gölü, Takış gölü, Maralik çayı və s. [108]. Beləliklə, Alagöz (əsli Alagəz) (Başında, zirvəsində) geniş batıqlı mənasındadır.[2]

Həmçinin bax

Ədəbiyyat

  • Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
  • İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1993.
  • Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.

İstinadlar

  1. https://www.peakbagger.com/peak.aspx?pid=10432.
  2. B.Ə.Budaqov,Q.Ə.Qetbullayev "Ermənistanda Azərbaycan mənşəli türk toponimlərinin izahlı lüğəti" Bakı, Nafta-Press, 1998
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.