Alagöllər (Kəlbəcər)

AlagöllərAzərbaycanın Kəlbəcər rayonunda göllər qrupu. Bu qrupa 30-a qədər göl daxildir. Dəniz səviyyəsindən 2,700–2,800 metr hündürlükdədir. Ən böyük gölləri Böyük Alagöl, Kiçik Alagöl, CilligölDikpilləkən gölləridir. Vulkan püskürmələri nəticəsində çayların qabağının kəsilməsindən əmələ gəlmişdir. Şirin suludur. Mal-qaranın suvarılmasında istifadə edilir.[1]

Alagöllər
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.700 m, 2.800 m
Yerləşməsi
Ölkə

Kəlbəcər rayonunun mərkəzi 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyinə görə göllər qrupunun ərazisi erməni işğalı altında idi. 15 dekabr 2020-ci tarixində Azərbaycan tərəfindən azad edilmişdir.

29 iyul 2022-ci ildə Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib. Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb.[2]

İstinadlar

  1. Алаҝөлләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 210.
  2. "Kəlbəcərdə yay fəsli üçün xarakterik təbiət hadisəsi baş verib". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.