Alabuqa
Alabuğa (tatar. Алабуга, Alabuğa) ya da Yelabuqa (rus. Елабуга) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir.
Alabuqa | |||
---|---|---|---|
Алабуга | |||
|
|||
55°46′ şm. e. 52°02′ ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1007 | ||
İlk məlumat | XVII əsr | ||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 70 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +7 85557 | ||
Poçt indeksi | 423600 | ||
Digər | |||
elabuga-city.ru | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Ala Buqa müasir Tatarıstanda Kama çayı üzərində şəhər. Vaxtilə Volqa-Kama Bulqarıstanının baş şəhərlərindən olmuşdur. Qədim bulqar şəhəri Ala Buqa (Radlov 1,362) müasir Elabuqadan azca aralı, Toyma çayı üzərində yerləşirdi. Qala X əsrdə bulqar xanları tərəfindən ucaldılmışdı. Ala Buqa qəsri vaxtilə möhtəşəm olan Volqa-Kama Bulqarıstanının xarakterik abidələrindəndir. Hazırda həmin yerdə əski şəhərin xarabalıqları – möhkəm qala divarları qalıqları, hətta bütöv bürclər durmaqdadır. O qədim mədəniyyət ocaqlarından olmuşdur; Ala Buqa yaxınlığında qədim məzarlıq (müasir adı Ananiyev deyilən ərazidə) aşkar edilmiş qədim qəbristan XIX əsrin ortalarında öyrənilmişdir. Abidələrin öyrənilməsi nəticəsində məlum olur ki, burada eramızdan əvvəl VII-III əsrlərdə yüksək mədəniyyətə sahib adamlar yaşamışlar. Tədqiqatçılar onları müasir udmurtların, komi-zıryanların ulu babası zənn etmişlər.1.` Müasir Elabuqa şəhər adı tarixi Ala Buqa adının rus dilində təhrif olunmuş şəklidi. Qüdrətli Qızıl Orda xanı Məhəmməd Özbək xanın (1312-1342) titulu (və ya ləqəbi) Ala Buqa olmuşdur. Bir sıra rus salnamələrində də Özbək xanı belə adlandırırdılar .2. Baskakovda da buna aid işarələr vardır: Albuqa ~ Olbuqa şəxs adı; qadın xətti ilə rus knyazları ilə qohumluq münasibətində olan Poloves xanlarından birinə məxsusdur.
Lakin bununla yanaşı şəhərin adının mənası sadəcə tatarca balıq adı ("okun") və ya "pestrıy bık" olan "Alabuqa" şəxsiyyət adından yarandığını deyənlər vardır. (Fasmer M. 1,13) Həmçinin Qırğızıstanın yer adlarını tədqiq edərkən K. Konkobayev həmin ərazidəki Ala Buqa (Ala Buka) yer adının tərkibindəki buğa, buka sözünü "çöl, bozqır" deyə mənalandıraraq rus dilindəki türk mənşəli sözlərdən olan "buqor" türkizmini də həmin sözlə əlaqələndirir. 3. Türk əsilli rus soyadlarının tarixinə dair monoqrafik əsərində Baskakov qədim türklərdə Ala Buqa ləqəbinin əslində tatar və digər qıpçaq dillərində "qəhrəman, güclü buğa" (rus adaptasiyasında Ala Buqa ~Al Buqa) mənası daşıdığını göstərir.4. Təbii ki, qədim türklər , türk bəyləri, el başçıları öz güclərini (əlbəttə, eyni dərəcədə həm fiziki, həm də mənəvi) göstərmək məqsədilə güclu heyvanların adlarını mənimsəyirdilər. Tobol quberniyasında da (Kurqan qəzasında) vaxtı ilə iki Ala Buqa kəndi olmuşdur. Bejetsk yaxınlığındakı Alobuqino kəndinin, həmçinin Qazaxıstandakı Ala Buqa çay adı da bu ad və adın daşıdığı mənayla bağlıdır.
Qardaş şəhərlər
Mənbə
- Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, səh.27-29
İstinadlar
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- "Елабуга и турецкий город Сафранболу станут побратимами". 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.
- Елабуга Елабуга и турецкий город Сафранболу — побратимы