Alaçadırlı
Alaçadırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində kənd.
Alaçadırlı | |
---|---|
40°22′ şm. e. 47°07′ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Bərdə rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 91 m |
Saat qurşağı | |
|
Tarixi
Tərtər çayının sağ sahilində, Qarabağ düzündədir. Keçmiş adı Məzməzəkdir. Ərazi XIX əsrdə Zəngəzur qəzasının Məzməzək kəndinin qışlağı olmuşdur. Sonralar bu kənddən alaçadırlı nəslinə mənsub ailələr köçərək qışlaq yerində məskunlaşdığı üçün kənd də həmin nəslin adını daşımışdır. Etnooykonimdir.[1]
Əhalisi
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[2]
İstinadlar
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 39. (az.)
- Кавказский календарь на 1856 год (rus). Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1856. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.