Alırzalar

AlırzalarAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd.[1]

Alırzalar
39°58′42″ şm. e. 46°12′22″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Alırzalar xəritədə
Alırzalar
Alırzalar

Tarixi

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Toponimikası

Alırzalar kəndi Qaraxan çayının sahilində, Dəlidağın ətəyindədir. Deyilənə görə, kəndin əsasını Laçın r-nunun keçmiş Muncuqlu kəndinin sakini Hacı Alırza adlı şəxs qoymuşdur. Etnooykonimdir. 1988-ci ilədək Ermənistanın Ararat rayonunda eyniadlı kənd olmuşdur.[2]

Yaylaqlar

Usublu yaylağı yurdu, Təvərə qayanın boynu yurd.

Bulaqlar

Duzlu bulaq.

Məşhur yerlər

Duzlu bulağın düzü, Sənəm xanımın yurdu, Maloynayan barmaq, Qatarın guneyi, Qatarqaya.[3]

Binələr-Qışlaqlar

Zəylik binəsi.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil etmişdir.

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.