Alıcan Abbasov
Alıcan Abbasov — (tam adl: Alıcan Bayramalı oğlu Abbasov; d.20 may 1940, İsmayıllı, Tircan.) — Azərbaycan iqtisadçısı, iqtisad elmlər doktoru (1987), professor (1998), Azərbaycan Respublikasının əməkdar müəllimi (2006).
Alıcan Abbasov | |
---|---|
Alıcan Bayramalı oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | İsmayıllı, Tircan, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | İqtisadiyyat |
Elmi dərəcəsi | İqtisad elmlər doktoru |
Elmi adı | professor |
Həyatı
Alıcan Abbasov 1940-cı ilin may ayının 20-də Azərbaycanın İsmayıllı rayonunun Tircan kəndində anadan olmuşdur. 1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1965-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1986-cı ildə Moskva şəhərində “Aqrar-sənaye kompleksi sistemində yeyinti sənayesinin inkişafının perspektiv planlaşdırılması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Yaradıcılığı
A.Abbasov 1962–64-cü illərdə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsində iqtisadçı, 1965–83-cü illərdə Elmi Tədqiqat İqtisad İn-tunda bölmə və şöbə müdiri, 1984–92-ci ildə Azərbaycan Texnologiya İn-tunda kafedra müdiri işləmişdir. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində biznes inzibatçılığı kafedrasının müdiridir. [1]
Tədqiqatları
Tədqiqatları Azərbaycanda sahibkarlığın və biznesin inkişafı problemlərinə həsr olunmuşdur. 180-dək elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti var. [1]
Əsəri
- Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişaf problemləri. B., 1998. [1]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 17. ISBN 978-9952-441-02-4.