Alçaqboylu sidr şamı

Yayılma arealı böyükdür. Çukot mahalı, Maqadan , Kamçatka , Xabarovsk , SaxalinAmur vilayətləri ndə, Amur çayıOxot dənizi nin sahillərində dağ yamaclarında və alçaq yerlərdə bitir. Enli, şaxələnmiş budaqları görünüşünə görə kasaşəkillidir, torpağın üzərində sürünən və ya ağacvarı çətir əmələ gətirən kiçik ağacdır. Ağacın hündürlüyü 4–5 m (bəzən 7 m), gövdəsinin qalınlığı kökün boğazında 15-18 sm olur. Bu növ, çətirin müxtəlifliyinə görə kol, kolvarı ağac və ya yarımkol-yarımağac formasında olur. Budaqların qabığı hamar, boz, gövdələrdə tünd-qonur, boz xallıdır. Sürünən formaların budaqları tropağa yapışır, ucları 30-50 sm yuxarıya qalxır. Cavan zoğları yaşıl, narıncı tükcüklərlə sız örtülmüşdür, sonradan açıq-qonur rəng alır. İynəyarpaqları üçtərəfli, göyümtül-yaşıl rənglidir, uzunluğu 4-dən 8 sm-ə qədər olub, 5 ədəd olmaqla dəstələrə yığılmışdır. Qozaları çiçəkləmədən sonra ikinci ildə yetişir, xırda olub, uzunluğu 4-7 sm-ə qədər, eni təxminən 3 sm-dir, yumurtavarı və ya uzunsovdur, apofizləri kənara əyilmiş göbəklidir. Qozanın bütün kütləsində nüvənin miqdarı 43 %, qabığın miqdarı 57 %-i təşkil edir. 1000 toxumun orta kütləsi 98 qr, 1 kq-da 24000-ə qədər toxum yerləşir. Oduncağı qatranlı, möhkəm ağır qatlıdır və çətinliklə doğranır. Yerli əhali onlardan “qoza südü ” düzəldir. Gövdəsi, budaqları və kökləri və skipidar və qatran almaq üçün yararlıdır; dağ yamaclarının bərkidilməsi, torpaq sürüşməsinin, qar və sel axınlarınını qarşısının alınması, dağ yollarının ətrafında əkinlərin mühafizəsi və s. üçün yaxşı miliorativ bitkidir. Külək və su eroziyasının inkişafını saxlayır. Damların daşlıq yamaclarında torpağın əmələ gəlməsinə səbəb olur. Çox dekorativdir, Bakı şəhəri ndə par və bağlarda bəzi yaşayış yerlərinin yaşıllaşdırılmasında istifadə edilir.

Alçaqboylu sidr şamı
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Gymnosperms
Şöbə:
Pinophyta
Yarımsinif:
Fəsilə:
Yarımfəsilə:
Pinoideae
Cins:
???:
Alçaqboylu sidr şamı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  822560
NCBI  71649
EOL  1033634

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

İstinadlar

Pinus pumila (lat. Pinus pumila) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.