Alçaldılmış və təhqir olunmuşlar
Alçaldılmış və təhqir olunmuşlar (rus. Униженные и оскорбленные) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1861-ci ildə nəşr edilən romanı.
Alçaldılmış və təhqir olunmuşlar | |
---|---|
rus. Униженные и оскорбленные | |
| |
Janr | Roman |
Müəllif | Fyodor Dostoyevski |
Orijinal dili | Rus dili |
Yazılma ili | 1861 |
Nəşr ili | 1861 |
Nəşriyyat | Qanun nəşriyyat |
Tərcümə | Beydulla Musayev |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Fyodor Dostoyevskinin ən uğurlu əsərlərindən biri olan "Alçaldılmış və təhqir olunmuşlar"da, yazıçı digər romanlarında da etdiyi kimi ruh təhlil etmələrinə tez-tez yer vermiş, oxucunun xarakterlərin psixologiyasına bürünməsini təmin etmişdir. Romanda cəmiyyətdə həmişə alçaldılan və xor görülən insanların, nüfuzlu kəslərin eqoistcə hesabları arasında əzilmələri və sarsılmaları təsvir olunur. Dostoyevski seçdiyi sıravi, amma fövqəladə həyatlar, heyrət doğuran xarakterlər ilə oxucuda ürpərti qarışıq bir maraq doğurur. Yazıçı ustaca fantastikası, oxucunu sıxmayan izahatı ilə "Alçaldılmış və təhqir olunmuşlar"ı ən müvəffəqiyyətli romanlarından biri olaraq ədəbiyyat dünyasına qazandırmışdır.
Obrazlar
- İvan Petroviç - baş qəhrəman. Əsərdə Vanya adı ilə anılır. Uşaqlıq dostu Nataşanı sevir.
- Nataşa Nikolayevna - Nikolay Sergeyeviçin və Anna Andreyevnanın qızıdır. Knyaz Valkovskinin oğlu Alyoşanı sevməyə başlayır və ailəsini tərk edir.
- Nikolay Sergeyeviç İxmenev - Mülkədar.
- Anna Andreyevna - Nikolayın həyat yoldaşı.
- Knyaz Pyotr Aleksandroviç Valkovski - Alyoşanın atası.
- Knyaz Aleksey Petroviç Valkovski - Knyaz Pyotrun oğlu. Əsərdə Alyoşa olaraq da anılır.