Alçalan dağı

Alçalan dağı - Culfa rayonu ərazisində dağ (hünd. 2603,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan, onun Dəmirlisu-Kolanısu suayırıcısını təşkil edən eyniadlı qolunda zirvə. Ləkətağ kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının  Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın şimal qanadında və ondan şimalda izlənilən Kolanısu antiklinalının cənub qanadında) yerləşir. Cənub-şərqcənub-qərb yamaclarında müvafiq olaraq şimal-şərq və şimal-qərb istiqamətli qırılmalar izlənilir. Cənub-qərb yamacında eyniyaşlı andezit-porfirit tərkibli kiçik subvulkanik kütlələrin çıxışları müşahidə olunur.[1]

Alçalan dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2603 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Həmçinin bax

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.