Alçabulaq
Alçabulaq — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Alçabulaq | |
---|---|
38°56′16″ şm. e. 48°17′25″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Yardımlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 906[1] nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6500 |
|
Tarixi
Alcabulaq Yardımlı rayonunun Sınq inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Sağolcandır. Toponim təhrif olunaraq Soxulcan kimi yazılmışdır. Sağolcan XIX əsrdə Lənkəran qəzasında yaşamış təklə tayfasının tirələrindən birinin adıdır. XX əsrin 80-ci illərində kəndin adı guya pis səsləndiyi üçün dəyişdirilərək yaxınlığındakı bulağın adı ilə adlandırılmışdır.[2]
Bulaqları
Olduqca gözəl təbiəti olan Alçabulaq kəndinin gözəl şəfalı bulaqları mövcuddur. Yeddi çeşmə, kənd bulağı, Saxsılı bulaq və s. kimi bulaqları vardır. Kənd ərazisində əsasən maldarlıqla məşğul olunur.[mənbə göstərin]
Əhalisi
Tanınmışları
- Ruzbeh Məmməd — azərbaycanlı yazıçı, şair.
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 304. ISBN 978-9952-441-02-4.
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 44
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.