Aktivləşdirilmiş laxtalanma müddəti

Aktivləşdirilmiş laxtalanma müddəti (ing. activated coagulation time - ACT) — laxtalanmanı daha doğrusu onun müddətini ölçmək üçün tətbiq olunan müayinə metodudur. Bu zaman koalin əlavə edilmiş qanın laxtalanmağa başladığı an qeydiyyata alınır.

Bu müayinə üsulu xüsusən, qanın tam heparinləşdirilməsi şəraitində aparılan tibbi müayinə, müalicə və cərrahi əməliyyatlarda qanın laxtalanma müddətini təyin etmək üçün tətbiq edilir. Normada bu göstərici 80–100 saniyədir. Bu o deməkdir ki qan 80–100 saniyə ərzində laxtalanmağa başlayır. Süni qan dövranı aparatı ilə icra olunan ürək əməliyyatları zamanı bu müddətin tam heparinləşdirmə nəticəsində 400–600 saniyə olması labüddür[1].

İstinadlar

  1. Reinhard Larsen: Anästhesie und Intensivmedizin in Herz-, Thorax- und Gefäßchirurgie (de). Springer Medizin, Berlin u.a 2012, ISBN 978-3-642-21020-4

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.