Akri

Akri (port. Acre) — Braziliyanın şimal-qərbində yerləşən ştat. Şimalda Amazonas, şərqdə isə Rondoniya ştatı ilə sərhədlənir. Üstəlik cənub-şərqdən Boliviya, cənub-qərbdən isə Peru ilə sərhədə malikdir[2]. Ştatın inzibati mərkəzi Riu-Brankudur.

Akri
Acre
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

9°02′ c. e. 70°31′ q. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 15 iyun 1962
Sahəsi
  • 152.581 km²
Hündürlük
234 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 881.935 nəf. (1 iyul 2019)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu BR-AC
Poçt indeksi 69900-000 to 69999-000
Rəsmi sayt
Akri xəritədə
Akri xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ştatın adı Akri çayından götürülmüşdür. Akri Purus çayının əsas qollarındandır. Hindu dilində «Kaymanlar çayı»[3] mənasını verir.

Coğrafiya

Ərazisi bütünlüklə Amazon hövzəsinə daxildir. Qərb sərhədində Serra-fu-Divizor dağı 609 metr hündürlüklə ştatın ın hündür nöqtəsidir.

İqlimi ekvatorialdır. Burada orta temperatur +26 °C-dir. İl ərzində iki mövsüm vardır. İl ərzində 1800 – 2400 mm arası yağıntı düşür. Yağıntının böyük qismi qərb hissəyə düşür[2].

Ərazisinin 45 % hindu rezervasiyalarıdır və dövlət tərəfindən qorunur[4]. Bu qorunan əraxilərdən Serra-du-Divizordur.

Tarix

İlk əvvələr Akri ştatının ərazisi Boliviyaya mənsub olmuşdur. Kauçuk xəstəliyi dönəmində əraziyə çoxlu sayda Braziliyalı köç edir. Bundan sinra ərazi iki ölkə arasında ərazi mübahisəsinə çevrilmişdir. Bu səbəbdən Akri müharibəsi baş verir. Nəticədə Akri Respublikası qurulur[5].

Hərbi konflikdən sonra 17 noyabr 1903-ci ildə Akri ərazisi 2 mln funt sterlinqə[6] Braziliyaya güzəştə gedilir. 1962-ci ildən isə Akri ştat statusu alı[2][7].

Akri hazırda ən az əhalisi olan və zəif iqtisadiyyata malik ştatdır.

İnzibati bölgü

Ştat ərazisi iki mezoregiona (Vali-du-Akri, Vali-du-Jurua) bölünür.

İqtisadiyyat

İqtisadiyyatın əsasını hasilat sənayesi təşkil edir. Kauçuk ağacından təbii kauçuk yığılır. Yerli əhali ov və balıqçılıqla məşğul olur[8].

Üstəlik burada şəkər qamışı, çəltik, maniok da əkilir.[9] İri buynuzlu heyvandarlıq inkişaf etmişdir.

İstinadlar

  1. https://cidades.ibge.gov.br/brasil/ac/panorama.
  2. "Akri ştatı". 2011-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  3. "Akri ştatı, russobras.com". 2012-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  4. WWF-Braziliya Arxivləşdirilib 2008-09-08 at the Wayback Machine.  (por.)
  5. "Akri Tarixi". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  6. "Braziliya tarixi". 2013-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  7. Rio Branco.Acre — AC.Histórico\\IBGE  (por.)
  8. "Akri İqtisadiyyatı". 2012-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  9. Akri

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.