Akkreditə

Akkreditə - təyin etmək. Bu termin latın sözündən (accredere) götürülmüş və etibar etmək kimi tərcümə olunur. Bu termin nəinki jurnalistlərə və eləcə də diplomatlara yaxşı məlumdur.

İlk vaxtlar akkreditasiya etimad aktı idi. Diplomatlara rəsmən səlahiyyət verilirdi. Bununla da təsdiq olunurdu: o öz ölkəsini xarici ölkələrdə və ya onların hər hansı bir orqanında təmsil edə bilər. Sonradan bu terminlər jurnalistlərə verilən xüsusi güzəştlərdə ifadə olunurdu və jurnalistlərə informasiya əldə etmək, adətən press üçün bağlı qapıları açmaq hüququ verirdi. Tutaq ki, hər hansı bir xarici dövlətin rəhbəri bizim respublikanın dövlət başçısı ilə görüşmək üçün Bakıya gəlir. Əlbəttə ki, KİV, teleradio kompaniyaları hadisə mərkəzində olmaqda maraqlıdırlar. Redaksiya prezident adminstrasiyasına görüş müddətində onların krespondentlərinə aqritid təqdim olunması haqda məktub göndərir. Hər hansı bir sərginin, festivalın işıqlandırılması üçün jurnalist müvəqqəti akreditə əldə edə bilər. Lakin Milli Məclisdə fəaliyyət göstərmək üçün jurnalistə daimi akritidə təqdim olunur və onda Milli Məclisdən olan xəbərlər "Bizim parlament korrespondenti"nin məlumatları ilə daxil olur. Düzdür akkreditəni qəbul etməyə və ya birdəfəlik bu hüquqdan məhrum da edə bilərlər: Məsələn əgər jurnalist tədbirin keçirilməsinə mane olarsa və ya məhkəmə jurnalist tərəfindən faktların kobud surətdə təhrik olunmasını sübut edərsə, akkreditənin ləğv olunması ciddi addımdır. Çünki bu addımı atan inzibati orqan və ya tədbir təşkilatı özü informasiya blokadasına düşə bilər.

Mənbə

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.