Akimine Kamicyo
Akimine Kamicyo (上条明峰, Kamijō Akimine, d. 13 sentyabr 1975, Kanaqava prefekturası) — Yaponiya manqakası. "Akimine Kamicyo" əslində onun qələm adıdır. "Coşi" (azərb. "Xanım") ləqəbi ilə tanınır. İlk işini docinşi şəklində "Meyka Hataqaşira" (伯明華, Hatagashira Meika) adı ilə nəşr etdirmişdir. İki ay manqaka Rumiko Takahaşinin, daha sonra "Quojuz" manqasının müəllifi Haruko Kaşivaqinin köməkçisi olmuşdur.
![]() | |
---|---|
yap. 上条明峰 | |
Doğum tarixi | |
Doğum yeri |
![]() |
Cinsi | qadın |
Milliyyəti | yapon |
Komiks fəaliyyəti | |
Sahəsi | manqa |
Əsas işləri | Samurai Deeper Kyo, Code:Breaker |
Əsas işləri "Samurai Deeper Kyo" və 2013-cü ildə tamamladığı "Code:Breaker" manqa seriyalardır. "Samurai Deeper Kyo" və "Code:Breaker" manqaları əsasında anime serialları çəkilmişdir.
İşləri
- Samurai Deeper Kyo (サムライ ディーパー キョウ?) (1999–2006, "Weekly Shōnen Magazine" (Kodansha) jurnalında nəşr olunub)[1][2]
- Shirogane no Karasu (しろがねの鴉?) (2007–2008, "Weekly Shōnen Magazine" (Kodansha) jurnalında nəşr olunub)[3][4]
- Code:Breaker (コード: ブレイカー?) (2008–2013, "Weekly Shōnen Magazine" (Kodansha) jurnalında nəşr olunub)[5][6]
- Tansansui-bu (たんさんすいぶ?) (2014–2016, "Evening" jurnalında nəşr olunub)[7]
- Michigaeru (みちがえる?) (2015, One-shot manqa, "Weekly Shōnen Magazine" (Kodansha) jurnalında nəşr olunub, hekayə Muneyuki Kaneşiro tərəfindən yazılıb)
İstinadlar
- "SAMURAI DEEPER KYO (1)". Kodansha. 2005-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
- "SAMURAI DEEPER KYO (38)". Kodansha. 2012-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
- "しろがねの鴉(1)". Kodansha. 2007-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
- "しろがねの鴉(3)". Kodansha. 2012-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
- "C0DE: BREΑKER(1)". Kodansha. 2012-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
- "C0DE: BREΑKER(9)". Kodansha. 2010-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
- "たんさんすいぶ". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
Xarici keçidlər
- Akimine Kamicyo Anime News Network Ensiklopediyasında
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.