Akif Rüstəmov (jurnalist)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor.[1]
Akif Rüstəmov | |
---|---|
Akif Rüstəm oğlu Rüstəmov | |
Doğum tarixi | 19 dekabr 1939 (84 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | jurnalistika |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | |
Təhsili |
Həyatı
Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.
Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur.
Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır.
Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur.
Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir.
Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir. O, Lvov şəhərində (Ukrayna) MDB jurnalistika fakültə rəhbərlərinin elmi konfransında (1992), Hollandiyada Avropa Jurnalistlərinin beynəlxalq seminarında (1995) iştirak etmişdir.
Mükafatları
- 09 dekabr 1999-cu ildə elmi pedaqoji fəaliyyətinin 40 illiyi münasibətilə BDU-nun rektoru tərəfindən təşəkkür elan edilmişdir. Əmr N 22/482
- Azərbaycan mediasının inkişafında uzunmüddətli xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının diplomuna layiq görülmüşdür. 21 iyul 2011
- Jurnalist kadrların yetişməsindəki xüsusi xidmətlərinə, elmin, təhsilin inkişafındakı roluna görə rektorluğun fəxri fərmanını almışdır. 18 fevral 2011
- "Dinc dünya" araşdırma mərkəzinin təşkil etdiyi kursda oxuduğu mühazirəyə görə təşəkkür almışdır. noyabr 2015
Ailəsi
Atası — Rüstəm Qulu oğlu Rüstəmzadə (1906–1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941–1943 illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir.
Anası — Gülxar Əliyeva-Rüstəmzadə (1908–16.03.1986) ötən əsrin əvvəllərində "Əbilov adına klub"da təşkil edilən "Savad kursu"nda təhsil almışdır. Ağdam şəhər uşaq bağçasının müdirəsi işləmiş, dövlət ticarət sahəsində çalışmışdır.
Qardaş və bacıları — Sabir bəy, Səlimə xanım, Saimə xanım, Qənirə xanım
Övladları — Azər, Rüstəm, Aygün
Tədqiqat sahəsi
Mass medianın hədəf auditoriyası, KİV-in fəaliyyətində auditoriyanın rolu və yeri.
Kitabları
- Xarici ölkələrin jurnalistikası. (Həmmüəllif). Bakı, 2007
- Jurnalistika. Dərs vəsaiti. Bakı, 2005
- Dünya jurnalistika tarixi. Dərs vəsaiti. Bakı, 2010
- Jurnalistikanın əsasları. Dərs vəsaiti. Bakı, 2011
- Jurnalistika 1-ci cild. Dərs vəsaiti. Bakı, 2012
- Jurnalistika" 2-ci cild. Dərs vəsaiti. Bakı, 2013
Seçilmiş məqalələri
- Kütləvi informasiya vasitələri IV hakimiyyət kimi. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2006
- Jurnalistika demokratik cəmiyyətdə. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2006
- Azərbaycanın müstəqil mətbuatının təşəkkülü. "Dirçəliş XXI əsr ". Bakı, 104–105 sayi, 2006
- Qadın hüquqlarının müdafiəsinda jurnalist təşəbüssləri. "Qadın və cəmiyyət", Bakı, 2007
- Jurnalist təşkilatları vətəndaş cəmiyyətinin atributudur. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2008
- Jurnalistika demokratiya institutu kimi."Türk eli" jurnalı. Bakı, 2008
- Jurnalistika peşə etikası (tezislər) BDU-nun 90 illik yubilleyinə həsr olunmuş beynəlxalq konfransın materialları. Bakı,2009
- KİV sahəsində dövlət siyasəti. N. İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış" Respublika elmi-praktik konfransının materialı. Bakı,2011
- KİV-in auditoriyası. H. Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Yeni medianın humanitar aspektləri" elmi-praktik konfransının materialı. Bakı, 2013
- İnformasiya cəmiyyətində KİV-in qloballaşması. "Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri". Əlibəy Hüseyn-zadənin 150 illik yubileyinə həsr olun-muş elmi-praktik konfransın material-ları. BDU, Jurnalistika fakültəsi, 2014, səh. 78–91
- İnformasiya təhlükəsizliyi və mətbuat. "Füyuzat" jurnalı, 2014, № 3, səh. 6–10
- Mətbuat azadlığı və jurnalist fəaliyyəti. "Füyuzat" jurnalı, 2014, № 4, səh.6–9
- Jurnalistika ikinci hakimiyyət rolunda. "Füyuzat" jurnalı, 2014, № 5, səh. 42–45
- Açıq sözlü, həyat nəfəsli müəllim. İstiqlalın işığında. Bakı, "Zərdabi LTD" MMC, 2014, səh. 134–140
- Mətbuat və söz azadlığı. "Füyuzat" jurnalı, № 2 (82), 2015, səh. 16–21
- "Əkinçi" milli oyanışa, tərəqqiyə yol açan qəzet idi. "Füyuzat" jurnalı, № 4 (82), 2015, səh. 6–10
- Jurnalistikanın funksiyaları. "Füyuzat" jurnalı, № 3 (83), 2015, səh.8–12
- İnformasiya siyasəti.informasiya təhlükəsizliyi, informasiya Savaşı. "Füyuzat" jurnalı, N 4,,2015
- Cəmiyyət və jurnalistika. "Füyuzat", N 6, 2016
- Jurnalistikanın prinsiplərinə necə əməl olunur? "525-ci qəzet",7 may 2015
- KİV-in fəaliyyətində auditoriyanın rolu. "Kaspi" qəzeti,7 iyul 2015
- Mətbuat Şurası özünü tənzimləmə mexanizmi kimi. "525-ci qəzet", 9 aprel 2015
- Informasiya cəmiyyətində KİV- in artan rolu. "Kaspi" qəzeti, 29 mart 2017
- Jurnalistika və beynəlxalq terrorizm problemi, "525-ci qəzet", 6 aprel 2017
- İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti "Azərbaycan" qəzeti, 21 aprel 2017-ci il və sair.
Mənbə
- Cahangir Məmmədli. Allah adamı. "525-ci qəzet", 9 dekabr 1999
- Mahmud Mahmudov. Onun mülayin xarakterinin qətiyyətli tərəfi də var. "Azərbaycan"qəzeti, 18 dekabr 2009
- Nurlu adam. (Tələbələrin ürək sözləri). "525-ci qəzet", 19 dekabr 2009
- Nəsir Əhmədli. 70-i aşırdın 100-ə nə qaldı. "Ədalət" qəzeti, 18 dekabr 2009
- Əli Hacıyev. Demokrat dekan. "525-ci qəzet", 16 dekabr 2014
- Mahmud Mahmudov. Olduğu kimi. "Bütöv Azərbaycan" qəzeti, 18 – 24 dekabr 2014
- Əli Hacıyev. Jurnalistikanın Akif müəllimi. "Kaspi qazeti", 21 dekabr 2016
- Ayaz Musayev. Müdriklik və insaniyyətlik zirvəsində. "525-ci qazet", 20 dekabr 2016
Həmçinin bax
İstinadlar
- "Rüstəmov Akif Rüstəm oğlu". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.