Akif Nağı

Akif Nağı (13 avqust 1957, Ağdam rayonu) — azərbaycanlı siyasətçi, tarix elmlər namizədi, dosent; əvvəl Qarabağ Azadlıq Təşkilatının sədri, sonra isə Azad Vətən Partiyasının sədri.

Akif Nağı
Vəzifədədir
17 avqust 2022-ciildən
ƏvvəlkiVəzifə təsis edildi.
27 avqust 1993 17 avqust 2022
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
30 yanvar 1993 18 noyabr 1995
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 13 avqust 1957(1957-08-13) (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı

13 avqust 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub.

Orta məktəbi həmin kənddə bitirib daha sonra Bakıya gəlib. Bakıda 1 saylı evtikmə kombinatında işləmişdir. 1976–1978-ci illərdə Sovet ordusunda, Baltik flotunda xidmət etmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1982-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə daxil olub.

1985-ci ildə oranı bitirib, həmin ildən Azərbaycan Politexnik İnstitutun (indiki Texniki Universitet) tarix kafedrasında işləmişdir. 1991-ci ildə dissertasiya müdafiə etmiş, tarix elmləri namizədidir.

2004-cü ildə həmin universitetin dosenti olub.

İctimai-siyasi fəaliyyəti

2004-cü ilin iyun ayında erməni zabitlərinin Bakıya səfərinə etiraz olaraq aksiya keçirdib, həbs olunub. Həbsdə olduğu vaxt universitetdən uzaqlaşdırılır.

1993-cü ildə Qarabağ Azadlıq Hərəkatının İdarə Heyətinin üzvü, sonra həmsədri olub. 2000-ci ildə Qarabağ Azadlıq Hərəkatı Qarabağ Azadlıq Təşkilatına çevrilmişdir. Həmin zamandan təşkilatın sədridir.

15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan Azərbaycan Xalq Cəbhəsi Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmiş, Tamerlan Qarayev 18 may 1992-ci il tarixində Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdir.[1][2] Çevrilişdən sonra yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı almışdır. Bu dövrdə Azərbaycan Xalq Cəbhəsindən istefa verərək öz müşaviri və bacanağı Rasim Musabəyov ilə birgə iqtidaryönlü Doğru Yol Partiyasını təsis etmişdir.[3] Doğru Yol Partiyasının Təsis Konfransı 30 yanvar 1993-cü il tarixində keçirilmişdir. Konfransda Tamerlan Qarayev sədr, Rasim Musabəyov sədr müavini, Siyasi Şura üzvü, Akif Nağı isə partiyanın katibi seçilmişdir.[4][5]

Akif Nağı seçkilərdə namizədliyini 9 saylı Binəqədi ikinci seçki dairəsindən vermişdir.

Akif Nağı uzun müddət Müsavat Partiyasının Məclis və Divan üzvü olub.[6]

Filmoqrafiya

  1. Biz qayıdacağıq (veriliş, 2007) (II)

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  2. "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  3. "Arxivlənmiş surət". 2020-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  4. "Arxivlənmiş surət". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  5. Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 346. ISBN 5-89600-253-x.
  6. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.