Akif Cəfərov (neftçi)
Akif Allahyar oğlu Cəfərov (9 oktyabr 1930, Tiflis – 30 noyabr 1992, Bakı) — Mühəndis-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Gürganneft Mədənlər İdarəsində mədən müdiri
Akif Cəfərov | |
---|---|
Doğum tarixi | 9 oktyabr 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 1992 (62 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | neft mühəndisi[d], siyasətçi |
Elmi dərəcəsi | |
Partiyası | |
Mükafatları |
|
Həyatı
Əmək fəaliyyətinə "Gürganneft" NMİ-də operator kimi başlamışdır. 1959-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1971-ci ildə Cənub NQÇİ-nin rəisi təyin edilmiş, 1978–1984-cü illərdə "Xəzərdənizneftqaz" Sənaye Birliyinin Baş direktorunun müavini, baş mühədisi işləmişdir[1].
1984-cü ildən 1992-ci ilə qədər Azərneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışmışdır. A.Cəfərov çoxlu sayda dölət təltiflərinə layiq gürülmüş, seçki orqanlarında Azərbaycan neftçilərini layiqincə təmsil etmişdir.
Akif Allahyar oğlu Cəfərov respublikamızda zərbəçi kommunist əməyi briqadaları yaradılmasının təşəbbüsçülərindən olmuş və onun rəhbərlik etdiyi briqada ilk dəfə bu ada layiq görülmüşdür.
İstinadlar
- "Akif Allahyar oğlu Cəfərov". 2013-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.