Aker

Aker (q.misir ȝkr — "yer") — Qədim Misir tanrısı. Misir mifologiyasında yerin tanrısı və ölülərin himayədarı, ən qədim tanrılardan biri.

Misir Tanrıları
Aker
Aker
Aker

Aker
Tam adıAker
AdıAker
Digər adlarıAkeru
və ya
Ak
r
E20
İdeoqram
Ak
r
[1]
və ya
Ak
r
E20

Qədim Misir tarixinin gedişində "Aker"in rolu bir neçə dəfə dəyişikliyə məruz qalıb. Padşahlıqdan əvvəlki Misirdə o, bir nomun yer tanrısı idi. Erkən padşahlıq dövründə isə o, Geb tanrısının mücəssəməsi (tanrı Banın ruhu) hesab olunurdu. Daha sonra o, yeraltı dünyasının tanrılarından biri və Apofislə gündəlik döyüşündə Ranın köməkçilərindən biri oldu.

Bu tanrı həm də "yerin ruhları" – ilanların himayədarı kimi Akeru (Akerin cəmi) adlanır. Bəzən iki başlı aslan şəklində təsvir olunur (daha az — sfenks). Dünənlə sabahın, qərblə şərqin birləşməsini simvolizə edirdi. O, böyük tanrılar dairəsinə aid deyildi, onun ibadət yeri yox idi.

Piramida mətnlərində Aker adı təyinedici "yer zolağı" ilə yazılır.

İstinadlar

  1. Christian Leitz: Lexikon der ägyptischen Götter und Götterbezeichnungen (LGG) (= Orientalia Lovaniensia Analecta, vol. 6). Peeters Publishers, Leuven 2002, ISBN 9042911514, pp. 83 - 85.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.