Akanlar

Akanlar (özlərini akanfo) adlandırırlar) — Qana, Kot-d’İvuar, Toqo, LiberiyaNigeriyada yaşayan xalqlar qrupu. Mərkəzi və Cənubi Qanadakı Akanlar (7,2 milyon nəfər) millət kimi formalaşmaqdadırlar. Ümumi sayları 11 milyon nəfərdir (1995). Dilləri kva dilləri qrupuna aiddir. Antropoloji cəhətdən zənci irqinə daxildirlər. Akanların əcdadları XI–XII əsrlərdə Komoe və Qara Volta çayları arasındakı savannalar zonasında formalaşmışlar. XV əsrdə salınan Bono şəhəri Akan sivilizasiyasının mərkəzi olmuşdur. XV–XIX əsrlərdə Akanların güclü dövlərləri (Aşanti və Fanti konfederasiyaları) mövcud idi. Akanlar, əsasən, tropik əkinçiliklə (kakao və s.) məşğul olurlar. Dindarların əksəriyyəti ənənəvi etiqadlarını saxlamışdır (77 faizi), bir qismi xristiandır, müsəlmanları da var.

Akanlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası. I cild, Bakı,2009, səh.231.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.