Akamaru
Akamaru adası (fr. Akamaru) — Qambe arxipelaqına daxil olan üçüncü ən böyük ada (Fransa Polineziyası). Manqareva adasından 7 km cənmub-şərqdə yerləşir.
Akamaru adası | |
---|---|
fr. Akamaru | |
Ümumi məlumatlar | |
Sahəsi | 2,1 km² |
Uzunluğu |
|
Eni | 1,6 km |
Hündür nöqtəsi | 246 m |
Əhalisi | 11 nəfər (2002-ci il) |
Yerləşməsi | |
23°10′52″ c. e. 134°54′56″ q. u. | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Ada qayalıqdan ibarətdir. Adanın sahəsi 2,1 km²-dir. Maksimal hündürlüyü 246 metrdir. Təqribən ondan 100 m aralıda Mekiro adası yerləşir.
İnzibati bölgüsü
İnzibati baxımından Qambe kommunasına daxildir.
Tarixi
Akamaru ilk dəfə 1797-ci ildə Ceyms vilson tərəfindən kəşf edilir. 1834-cü ildə adaya katolik misionerlər ayaq basır. 1841-ci ildə isə adada ilk kilsə inşa edilir.
Əhali
2002-ci ildə adada 11 nəfər yaşayırdı. Bəzən isə Manqareva adasının sakinləri burada olan tropik meyvələri toplamaq ünün adaya gəlirlər. Yeganə yaşayış məntəqəsi Tokanidir.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.