Akademik Lomonosov AES

"Akademik Lomonosov" AES (rus. Академик Ломоносов) — dünyanın ilk üzən atom elektrik stansiyası. Rusiyaya məxsus bu gəmi məşhur riyaziyyatçı alim Mixail Lomonosovun adını daşıyır[1].

İnşasına 2007-ci ildə başlanılmışdır[1].

Gəminin uzunluğu 144, eni isə 30 metrdir. 21.500 ton ağırlığı olan gəminin 69 nəfərlik ekipajı var.

Gəmi vasitəsilə Severodvisk və Sevmaş qəsəbələrinin elektrik enerjisi ilə təmin edilməsi planlaşdırılmışdır.

İstinadlar

  1. Dünya’da bir ilk: Yüzen nükleer santral Arxivləşdirilib 2018-06-19 at the Wayback Machine. sozcu.com.tr, 30.04.2018  (türk.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.