Bayraktar Akıncı

Bayraktar AkıncıTürkiyənin “Baykar” şirkəti tərəfindən istehal edilən milli pilotsuz döyüş (PUA) təyyarəsi[2]. Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir. Bununla Türkiyə dünyada HALE sinfindən olan PUA istehsal edən 4-cü ölkəyə çevrildi.

Bayraktar Akıncı
Tipi HALE Hücum PUA
Hazırlayan Baykar Makina
İstehsalçı Baykar Makina
Baş konstruktor Səlcuq Bayraqdar
İlk uçuş 6 dekabr 2019
İstismara verilmə tarixi 29 avqust 2021
Status Seriyalı istehsalda
İstismarçılar
Buraxılış sayı 20+
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

“Akıncı”nın inkişaf etdirilməsinə 2017-ci ilin may ayında başlanılıb.[3] “Akıncı” PUA-sı ilk uçuşunu 2019-cu ilin dekabr ayının 6-da həyata keçirib. İlk uçuş zamanı PUA 16 dəqiqə havada qalıb. Prototipin ikinci uçuşu isə 2020-ci ilin yanvar ayının 10-da baş tutub, həmin uçuş zamanı PUA 1 saatdan artıq havada qalmışdı. “Akıncı”nın ikinci prototipinin ilk uçuşu 2020-ci ilin avqustun 13-də həyata keçirilib. “Akıncı” PUA layihəsinin ilk tədarükünün 2020-ci ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.[4]

Texniki göstəriciləri

“Baykar Holdinq” tərəfindən istehsal edilən “Akıncı” pilotsuz təyyarələri havada azı 24 saat fasiləsiz qala bilir. 12 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam avtonom rejimdə əməliyyatlar həyata keçirə bilir.“Akıncı” dronları TÜBİTAK SAGE və ROKETSAN şirkətləri tərəfindən istehsal edilən MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, Kiti-MK-82 döyüş sursatları, SOM qanadlı raketi, “Gökdoğan” və “Bozdoğan”, kimi müxtəlif çeşidli “ağıllı” bombalar və hədəfə lazerlə yönləndirilən raketlərlə silahlandırıla bilir. Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan “Akıncı” dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edə, habelə komanda mərkəzinə ötürür. Digər mühüm özəlliyi isə budur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilir, bu zaman dronlar süni intellekt vasitəsilə bir-biriləri ilə koordinasiya içərisində olur.

"Akıncı" Elektron Dəstək modulundan, AESA radarından, SAR kəşfiyyat sistemindən, REM kompleksindən, EO/İR infraqırmızı elektro-optik kəşfiyyat vasitəsindən, müxtəlif görüntü cihazlarından və Peyk Rabitə sistemindən istifadə edir. Sadalanan bütün sistem və vasitələr Türkiyə istehsalıdır. "Akıncı"da istifadə edilən AESA və müşahidə bloku ASELPOD ASELSAN tərəfindən istehsal edilməsi nəzərdə tutulur. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadə etməsi bu radar tərəfindən dəstəklənir.

Gücü və əhəmiyyəti

“Akıncı”nın ən mühüm özəlliklərindən biri də onun yerüstü stansiyadan asılı olmadan bütünlüklə avtonom rejimdə uçması, hədəfi müəyyən edib izləməsi və təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurması və geri qayıdaraq yenə də avtonom rejimdə eniş etməsidir. Bu imkanın sayəsində “Akıncı” kifayət qədər böyük dağıdıcı gücə malik olan, yenə də tamamilə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb. Akıncı 40 min fut yüksəkliyə qalxır və daxildə 400 kiloqram, xarici asqılarında isə 950 kiloqram olmaqla cəmi 1350 kiloqram faydalı yük daşıya bilir. PUA-nın qanadının uzunluğu 20 m-dir və Ukrayna istehsalı iki AI-450 turbopərli mühərriki ilə təchiz edilib. 2021-ci ildən 2030-cu ilədək Ukraynanın “İvchenko-Proqres” şirkəti tərəfindən istehsal edilən AI-450 turbopərli mühərrikləri “Akıncı” operativ-strateji PUA-larına quraşdırılmaq üçün Türkiyəyə ixrac ediləcək.[5]

Döyüş əməliyyatında istifadəsi

2020-ci ildə Türkiyə Suriyanın İdlib bölgəsində “Bahar qalxanı” əməliyyatı zamanı istifadə edib.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.