Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir.
Həyatı
Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir.[1]
Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir.[2]
Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
İstinadlar
- Kandıra’daki Türkmen Beyi “Akçakoca”
- www.nisanyanmap.com/?y=Ak%C3%A7akoca&t=&lv=1&u=1&ua=0 Akça Șehir (Akça Koca, Düzce)