Akça
Akça (Osmanlı türkcəsi: اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə.[1]
Osmanlı imperiyası | |
Dəyər | 1; 10 |
---|---|
Zərb olunma illəri | 1327-ci ildən XIX əsrin birinci qərinəsinə qədər |
Ön tərəf | |
Dizayn tarixi | Osmanlı imperiyası, II Murad, hicri 834-cü il |
Arxa tərəf | |
Dizayn tarixi | Osmanlı imperiyası, II Murad, hicri 834-cü il |
Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı.
Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir.
Osmanlı akçaları
İlk Osmanlı akçaları
İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı.
Akçanın dəyəri
İlk dövrlər akçalar kiçik (1,15 q), lakin möhkəm gümüş sikkələr idi. Çəkiləri Sultan II Mehmed dövrünə qədər praktik olaraq dəyişməz qaldı. XVI əsrin ikinci yarısından başlayaraq metalın keyfiyyətindəki davamlı azalma səbəbiylə Osmanlı akçasının dəyəri durmadan azalmağa başlamışdı. Gümüşün tərkibindəki azalma, III Murad (1574-1594) dövründə 1584-cü ildə Osmanlı imperiyasındakı pul islahatından sonra xüsusilə nəzərə çarpırdı. XVII əsrin əvvəllərində. akçanın çəkisi 0,33 qrama, yüzilliyin sonunda - 0,19 - 0,13 qrama qədər düşdü.[2] Akça ilə birlikdə Osmanlılar mis xırda sikkələri - manhirdə zərb edirdilər. Növbəti illərdə akçanın dəyəri düşdükcə, manhirə nisbətdə durmadan azalırdı. Belə ki, nisbət XVI əsrin əvvəllərində. - 1 ilə 16 arasında (40-50 akça bir qızıl dukata bərabər idi); XVII əsrin əvvəllərində isə - 1 ilə 8; 1687-ci ildə - 1 ilə 2 arasında olmuşdu. Sonra onların qiymətləri bərabərləşdi. XVIII əsrdə yeni bir pul vahidi paranın meydana gəlməsinə baxmayaraq, o dövrdə Osmanlıda hesablaşmanı akça ilə aparmağı üstün tutdular. O zamana qədər əhalinin ənənəvi olaraq akçaya üstünlük verməsi sayəsində hökumət XIX əsrin ilk dekadasına qədər onu zərb edilməyə davam etdi.[3]
Tək dəyərlililərdən əlavə, çoxdəyərli akçada zərb olunurdu. Məsələn, Sultan II Bayazidin (1481-1512) dövründə 10 akça vahidi zərb edilmişdi.
Akçanın çəkisi gümüş və indeks qramında.[4]
İllər | Gümüş (qr.) | İndeks |
---|---|---|
1450-60 | 0.85 | 100 |
1490-1500 | 0.68 | 80 |
1600 | 0.29 | 34 |
1700 | 0.13 | 15 |
1800 | 0.048 | 6 |
Zərbbəxanalar
Akçanın əl ilə zərb edilməsi yalnız III Əhməd (1703-1730) dövründə maşınla zərb edilmə ilə əvəz edildi. Zərb edilmə Osmanlı imperiyasının çoxsaylı zərbxanalarında aparılırdı. Bunlar arasında: paytaxtda - İstanbulda, Balkan mülkləri daxilində Novar (indiki Novo Brdo),[5] Serbiyada Belqrad; Rumıniyada Mudava (indiki Moldovada Veçe); Yunanıstanın Serez, Sidrekapsi; Makedoniyada Kratova, Üsküp (indiki Skopye); Kiçik Asiya şəhərlərində - Bursa, Ankara, Konya, Amasya; Misirdə və digər şəhərlərdə zərb edilirdi.
Tədqiqatı
Akça də daxil olmaqla Osmanlı sikkələrinə dair ilk əhəmiyyətli numizmatik tədqiqatlar XIX əsrin sonunda edilmışdir. Hal-hazırda ən tam Osmanlı akçaları serb numizmatı Slobodan Sreçkoviçin əsərlərində təsnif edilmişdir. 1999-2009-cu illər ərzində XIII əsrdən XVIII əsrin əvvəllərinə qədər zərb edilmiş, müəllif tərəfindən bilinən Osmanlı akçesinin bütün marka növlərinin illüstrasiyalı kataloqu xronoloji ardıcıllıqla birləşdirilərək 6 cildi nəşr edilmişdir.
Krım xanlığının akçaları
Akça - Krım xanlığının kiçik gümüş sikkəsi. Dövlətin qurucusu I Hacı Gəray (1436-1466) dövründən baçlayaraq, xanlığın bütün tarixi boyunca, Şahin Gəray (1777-1783) dövrünə qədər zərb edilmişdir.
Akça uzun müddət Krım xanlığının yeganə gümüş sikkəsi olaraq qaldı. IV Mehmed Gərayın ikinci hakimiyyəti dövründə (1654-1666) etdiyipul islahatı nəticəsində yeni bir pul vahidi - beş akça lkə bərabərləşdirilmiş beşlik (və ya behlik; türk dilindən beş sözü) tətbiq edildi.[6] Lakin akça, XVII əsrin sonlarına qədər əsas pul vahidi rolunu qorudu.
İl dövrlərdə Krım akçasının dəyəri Osmanlı akçasına bərabər idi. Ancaq I Sadət Gəray (1524-1532) dövründən başlayaraq sikkələrin keyfiyyəti azaldı. I Hacı Gəray dövründə Krım akçasının başlanğıc çəkisi 0,7-0,8 q təşkil edirdi. Akçanın çəkisi I Dövlət Gəray (1550-1570) dövründə - 0,5-0,6 qram Canibəy Gəray (1610-1623) dövründə - 0,3 qram olmuşdur.
Ön tərəfdə xanın adı, arxada isə ərəb dilində, adı, zərb olunduğu yer və ili əks olunmuş tamğa (xanın gücünün işarəsi) var idi.
Krım akçasının zərb edilməsi əvvəlcə Krım, Kırk-Er və Kafə şəhərlərində, XVI əsrin son rübündə - XVII əsrin birinci rübündə - Gəzlə və daha sonra - Bağçasaray şəhərində həyata keçirilmişdir. 1780-1783-cü illərdə Krım xanlığının mövcudluğunun sonunda şəhərdən iki mil məsafədə, Kafə Taşlık ətrafında, Avropa keyfiyyətli sikkələr zərb edən, Rus Tavridası zərbbəxanası adlanan zərbbəxana qısa müddətdə fəaliyyət göstərmişdir.
Krım Xanlığının 10168 akçasından ibarət ümumi çəkisi təxminən 6 kq olan ən böyük xəzinə (əksəriyyəti 1550-ci il və 1580-ci ilə aid) 2007-ci ildə Krımda Feodosiya yaxınlığında Tepe-Oba zirvəsində tapılmışdı. Bütün sikkələr billondur, tərkibləri 15-20 % gümüş, qalanları misdir. Onlar əsasən I Sahib Gəray (hakimiyyət illəri 1532 - 1551), I Dövlət Gəray (1551 - 1577) ve II Mehmed Gəray 1577 - 1584) dövrünün sikkələridir.[7].
İstinadlar
- "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.
- Ermiş, Fatih. A History of Ottoman Economic Thought. 2013. səh. 23.
- Sevket Pamuk, A Monetary History of the Ottoman Empire, Cambridge University Press, 2000, ISBN 0-521-44197-8
- Malanima, Paolo. Pre-Modern European Economy: One Thousand Years (10th-19th Centuries). BRILL. 2009. səh. 198. ISBN 9789004178229. İstifadə tarixi: 19 June 2014.
- Balkan studies. Édition de lA̕cadémie bulgare des sciences. 1988. səh. 111. 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.
The mint at Novo brdo (in Turkish "Novar"), was the first to start striking Ottoman akçe — as early as 1441, when Murad Il's military commander, the eunuch Sibab ed-Din pasa captured the town, which had the greatest silver deposits and the ...
- Бешлык или Бехлик // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- Игорь Татаринцев. Клад назвали "Феодосийский" // «Победа». № 75 (15017). — 2007. — 14 июль.
Ədəbiyyat
- Srećković, Slobodan «Akches, Volumes 1-6», Belgrade, 1999—2009 (англ., сербск.)
- Damalı, Atom «History of Ottoman Coins», Volumes 1-6", 2009—2013 (англ., турецк.)
- Пачкалов А. В. Акче // Монеты и банкноты от античности до наших дней: происхождение и эволюция. М., 2014.
- «Монеты ханов династии Гиреев (Крымское ханство); ~1440-1783 гг.». По материалам работ О. Ретовского 1893—1905 гг. Составитель — В. П. Лебедев.
- Н. Н. Косякин Крымское ханство монеты Гиреев Симферополь ИТ «АРИАЛ» 2013
Xarici keçidlər
- Srećković S. Ottoman Coinage (From Foundation to the Principality)
- Osmanlı paraları (Османские деньги)
- Монеты Гиреев в базе данных по восточной нумизматике ZENO.RU
- Османские монеты в базе данных по восточной нумизматике ZENO.RU
- Para Nedir, Harran Üniversitesi
- Ottoman coins
- September 1, 2013 - A huge treasure of 47,000 silver Akçe discovered in Goleşti, Romania