Ain't No Sunshine
Ain't No Sunshine – Bill Withersin 1971-ci ildə çıxardığı Just As I Am albomuna daxil olan mahnı. Mahnının prodüserliyini Booker T. Jones edib.
Ain't No Sunshine | ||||
---|---|---|---|---|
Bill Withers tərəfindən Just As I Am albomunda ifa olunmuş sinql | ||||
B tərəfi | Harlem | |||
Yayımlanma tarixi | 1971, sentyabr | |||
Format | sinql | |||
Janr | Soul, R&B, blues | |||
Dil | ingilis dili | |||
Müddət | 02:04 | |||
Prodüser | Booker T. Jones | |||
Bəstəkar | Bill Withers | |||
Sözlərin müəllifi | Bill Withers | |||
Studiya | Sussex Records | |||
Bill Withers sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Ain't No Sunshine | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Got to Be There albomunda ifa olunmuş sinql | ||||
B tərəfi | "I Wanna Be Where You Are" | |||
Yayımlanma tarixi | 1972, iyul | |||
Format | sinql | |||
Janr | Soul | |||
Dil | ingilis dili | |||
Müddət | 04:09 | |||
Prodüser | Hal Davis | |||
Bəstəkar | Bill Withers | |||
Sözlərin müəllifi | Bill Withers | |||
Studiya | Motown | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Mahnının bas səsləri Donald "Duck" Dunn, zərb alətində isə Al Jackson, Jr tərəfindən ifa edilib. Mahnı sinql kimi 1971-ci ilin sentyabrında satışa çıxarılmış və Withers hitləri arasında ən uğurlularından biri olmuşdur. Belə ki, mahnı U. S. R&B hit paradında altıncı, Billboard Hot 100 hit paradında isə üçüncü yerə qədər yüksələ bilmişdir.
Otuz bir yaşı olanda ilk hiti olan mahnısını yazıb və bu mahnı hit paradlarda debüt edəndə ifaçə hələ də Boing 747 üçün ehtiyat hissələri istehsal edən zavodda işləyirdi. Əslində o, artıq iyirmi doqquz yaşından mahnılar üçün sözlər və musiilər yazmaq haqqında düşünürdü. Lakin ətrafında olan musiqiçi tanışları, bundan bir şey çıxmayacağını və əsla uğur qazana bilməyəcəyini qeyd edirdilər.
Withersin özünün qeyd etdiyinə görə o, 1962-ci ildə çəkilən Days of Wine and Roses filmini izlədikdən sonra bu mahnını yazmaq qərarına gəlmişdi.
"Ain't No Sunshine" mahnısı ilə birgə, valın gigər üzündə isə başqa bir mahnı – "Harlem" mahnısı satışa çıxarılmışdı. Mahnı həmçinin Rolling Stone jurnalının təqdim etdiyi 500 Greatest Songs of All Time (Bütün zamanların 500 ən böyük hiti) arasında 280-ci yerdə qərarlaşdırılmışdır. Bundan başqa mahnı 1972-ci ildə "Ən yaxşı R&B mahnı" kateqoriyasında Grammy mükafatna layiq görülmüşdür.
Populyar mədəniyyətdə
DMXin "No Sunshine" adıyla ifa etdiyi mahnı "Notting Hill", "Old School", "Amy", "Crooklyn" və "Munich" filmlərində film musiqisi olaraq istifadə edilmişdir.
Televiziyada mahnı, "Drawn Together" cizgi serialında ("Dirty Pranking No. 2" seriyasında) istifadə edilmişdir. Mahnı həmçinin "USA Network show"un istehsal etdiyi "Monk" filmində Kaptain Leland Stottlemeyer (Ted Levine) obrazı tərəfindən "Mr. Monk Goes to Vegas." Seriyasında karaoke versiyasında ifa edilmişdir. Həmçinin Kyla Pratt tərəfindən "One on One," seriyasında qısaca ifa olunmuşdur.
"Ain't No Sunshine" "So You Think You Can Dance"in III sezonunda Lauren Gottlieb və Dominic Sandoval tərəfindən rumba ritmləriylə ifa edilmişdir. Həmçinin "American Idol"un səkkizinci və sonuncu sezonlarında mahnı istifadə edilmişdir.
Avropada mahnı Shaun Smith tərəfindən "Britain's Got Talent" verilişinin finalında ifa edilmişdir. İtaliyada "XFactor" filminin VI seriyasında mahnı ifa edilmişdir. "DSDS"də isə mahnı Mark Medlock, Nevio Passaro və Daniel Schuhmacher tərəfindən ifa edilmişdir. Bu üç versiya Almaniyada mahnının ən populyar versiyalarıdır.
Mahnının sözləri
Ain't no sunshine when she's gone
It's not warm when she's away.
Ain't no sunshine when she's gone
And she's always gone too long
Anytime she goes away.
Wonder this time where she's gone
Wonder if she's gone to stay
Ain't no sunshine when she's gone
And this house just ain't no home
Anytime she goes away.
And I know, I know, I know, I know,
I know, I know, I know, I know, I know,
I know, I know, I know, I know, I know,
I know, I know, I know, I know, I know,
I know, I know, I know, I know, I know,
I know, I know,
Hey, I oughtta leave young thing alone
But ain't no sunshine when she's gone
Ain't no sunshine when she's gone
Only darkness every day.
Ain't no sunshine when she's gone
And this house just ain't no home
Anytime she goes away.
Anytime she goes away.
Anytime she goes away.
Anytime she goes away.