Aidə Şirinova

Aidə Rəcəb qızı Şirinova (7 avqust 1959, Bərdə) — Mayor, Qarabağ müharibəsinin iştirakçısı, azərbaycanlı polis, ilk hərbi komandir müavini qadın, İSBAM departament rəhbəri.[1][2][3][4]

Aidə Şirinova
azərb. Aidə Rəcəb qızı Şirinova
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bərdə, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Azərbaycan Daxili İşlər Nazirliyi
Hərbi hissə Bərdə Özünü müdafiə batalyonu
Xidmət illəri 1992-2019
Rütbəsi Mayor
Döyüşlər Qarabağ müharibəsi

Həyatı

  • Aidə Şirinova 7 avqust 1959-cu ildə Bərdə şəhərində anadan olub. 1977-ci ildə Bərdə şəhər 3 saylı tam orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub.
  • 1981-ci ildə ali məktəbi bitirib, Bərdə rayon Uşaq gənclər İdman məktəbində metodist vəzifəsində çalışıb.
  • 1992-ci ildə Xocalı soyqırımından sonra hərbi xidmətə gedib. Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) döyüşüb. 1 iyun 1992-ci ildən 2 dekabr 1992-ci ilə qədər Müdafiə Nazirliyinin Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) İdman xidməti rəisi, Əsgərlərin sosial müdafiəsi üzrə Komandir müavini vəzifəsində xidmətdə olub. Azərbaycanın Hərb tarixində bu vəzifəyə yüksələn ilk hərbçi qadın olaraq tarixə keçib.
  • 1993-cü il 1 yanvar tarixində Şuşa rayonunun polis şöbəsində, 1994-cü il mart ayından Ağdərə rayonunun polis şöbəsində baş leytenant olaraq xidmət edib.
  • Xidmət etdiyi müddətdə ŞuşaAğdərə polis şöbələrinin şəxsi heyəti ilə birlikdə torpaqlarımızın bütövlüyü uğrunda [Yuxarı Qarabağda gedən döyüşlərdə, Tərtər rayonun müdafiəsində, o cümlədən keçmiş Şaumyan (hazırkı Goranboy), Gülüstan, Talış, Marağa, keçmiş Marquşavan (hazırkı Şıxarx), Həsənqaya, Aşağı-Yuxarı Çaylı, Ağdərə rayonunun alınmasında və Qırmızı kənd, Kasapet, Dəmirli, Orta kənd, Dranbon, Çıldıran yaşayış məntəqələrində aparılan döyüşlərdə iştirak edib.[5][6]
  • 1998-ci ilə qədər Ağdərə rayon Marquşavan kəndində yerləşən Ağdərə polis şöbəsində xidmətini davam etdirib. 1998-ci ildən Qaradağ rayon Polis idarəsində pasport qeydiyyat şöbəsində baş inspektor vəzifəsində, 2008-ci dən Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsində,
  • 2014-cü ildən Qaradağ rayon polis idarəsində uçot qeydiyyat bölməsinin baş inspektoru[7], yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru vəzifəsində xidmət aparıb. Yaş həddinə görə əmək pensiyasına çıxıb.

Aidə Şirinovanın 2014-cü ildə Ey Türk oğlu, qalx ayağa adlı kitabı nəşr olunub.[8]

Ədəbiyyat

  • Canalı Mirzəliyev "Müqəddəs hissin təzahürü" "MBM", 2009, 176s[9]
  • Məhbubə Ömər "Qəhrəmanlar döyüşür yurdu yaşatmaq üçün" Poema Bakı "Adiloğlu" nəşriyyatı, 2010, səh 162–206[10]
  • Redaktor və tərtibçi İlhamə Qəsəbova "Anam mənə oğul dedi". Bakı, "Yazıçı" nəşriyyatı, 2015, 328s[11]
  • Ramiz Təmkin "Bir qız tanıyıram". Poema. Bakı, "Papirus Nəşriyyat-Poliqrafiya", 2018, 74s[12]
  • İlhamə Qəsəbova "Məni də apar komandir". Sənədli roman. Bakı. "Elm və təhsil" nəşriyyatı , 2019, 176s

İstinadlar

  1. "1992-1998-ci illərdə erməni təcavüzü başlayan ilk günlərdən əlinə silah alan xanım - Aidə Şirinova". Atia.az. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  2. "Batalyon komandirinin müavini vəzifəsinə yüksəlmiş ilk Azərbaycan qadını Aidə Şirinovanın". Azinforum.az. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  3. "İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin departament rəhbəri - Aidə Şirinova". www.mia.az. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  4. "Dəmir biləkli xanım ( Aidə Rəcəb qızı Şirinova)". www.anl.az. 2024-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  5. "Azərbaycanın ilk qadın komandiri: "Əsgərlər mənə "qaqa" deyirdi"". Gundemxeber.az. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  6. "Tərtərin müdafiəsindən və Çaylı əməliyyatından başlanan bu döyüşlər". Medeniyyet.az. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  7. "Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin inspektoru ,polis mayoru Aidə Şirinova". Bakimektebleri.edu.az. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  8. "Ey Türk oğlu, qalx ayağa". nadirkitap.com | Nadir Kitab (az.). İstifadə tarixi: 2014.
  9. "Çaylıdan başlanan döyüş yolundan..." medeniyyet.az | Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (az.). İstifadə tarixi: 05 iyun 2009.
  10. "Ölümü gözüylə görən şahidsən, Vətənin yolunda canlı şəhidsən..." https://www.muallim.edu.az | Azərbaycan Müəllimi (az.). İstifadə tarixi: 08 Noyabr 2013.
  11. "Anam mənə oğul dedi..." bizimyol.info | Bizim Yol (az.). 2015-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2015.
  12. "Aidə Şirinovanın 60 illik yubileyi qeyd edildi..." https://www.tezadlar.az | Təzadlar (az.). 2019-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 Noyabr 2019.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.