Afrika İnkişaf Bankı

Afrika İnkişaf Bankı (İngiliscə: African Development Bank-AFDB) — müstəqil Afrika ölkələri arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə qurulmuş olan bank. Qısa adı AFDB olan Afrika İnkişaf Bankı, 10 sentyabr 1963 tarixində qurulmuşdur. İlk qurulduğu illərdə "Yeni Müstəmləkəçilik" təsirlərindən qorunmaq məqsədi ilə Afrikadan başqa bölgələrdən üzv qəbul edilmirdi.

197-ci ildə Afrikalı olmayan ölkələrə açıq və bankın bir yan quruluşu olan Afrika İnkişaf Fondu yaradıldı. Fond vasitəsilə üzv ölkələrə aşağı faizlə borc imkanları tanındı. 1982-ci ildə bank statusunda edilən bir dəyişiklik ilə Afrika xaricindəki ölkələrə də üzvlük haqqı verildi.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.