Afoqnak adası
Afoqnak adası (ing. Afognak Island, Şablon:Lang-ems[1], rus. Афогнак[2]) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində (ABŞ) sahəsi 1812 km² olan ada. Kadyak arxipelaqına daxildir.
Afoqnak adası | |
---|---|
ing. Afognak Island | |
![]() | |
Ümumi məlumatlar | |
Sahəsi | 1812 km² |
Uzunluğu |
|
Eni | 37.014,912 m |
Hündür nöqtəsi | 776 m |
Əhalisi | 169 nəfər (2000-ci il) |
Yerləşməsi | |
58°15′ şm. e. 152°30′ q. u. | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
![]() |
Coğrafiya
Kadyak adasından cəmi 5 km məsafədədir. Afoqnak Kadyak arxipelaqının ikinci ən böyük adasıdır. Ən yüksək nöqtəsi 776 m, eni 37 km, uzunluğu 69 km-dir.
Sıx meşəlik olan adada çoxlu qonur ayı, amerika sığını və nəcib maral yaşayır. Bir çox turist adaya balıq tutmaq və ov etmək üçün gəlir. 1980-ci ildən Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
Əhali
2000-ci ildə adanın əhalisi 169 nəfər olmuşdur. Afoqnakın çoxsaylı yer adları rus mənşəlidir, o cümlədən Kazakov körfəzi və ya Malina çayı buna misaldır.
İstinadlar
- "UAF: Alaska Native Place Names". 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-25.
- "Карта Ледовитого моря и Восточного океана (1844)". 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-25.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.