Hava şarı

Hava şarı və ya aerostat[1] — isidilmiş hava, yaxud helium və ya hidrogen kimi yüngül qazlarla doldurulan və nəticədə havadan yüngül olduğu üçün uça bilən nəqliyyat vasitəsi.

Ən qədim hava nəqliyyat vasitəsi

Tarixi

Jozef Mişel Monqolfe və Jak Etyen Monqolfe yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfe qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur.

İki ay yarımdan sonra 27 avqust 1783-cü ildə professor fizik Jak-Aleksandr-Sezar Şarlın hava şarı start verdi, hansı ki, Monqolfe qardaşlarının şarı kimi isti hava ilə deyil hidrogenlə doldurulmuşdu.

Qeyd etmək lazımdır ki, Monqolfe qardaşlarının hava şarı kəşfi praktiki olaraq təsadüfü olmuşdur: uçan aparatı yaratmaq fikri onlara istifadə olunmuş kağızların ocaqda yanarkən yanmış hissələrinin uçması nəticəsində yaranmışdır.

Professor Şarlın bu sahədə xidməti çox yüksəkdir: o ilk dəfə olaraq şarın üçün özündən hidrogeni buraxmayan səth ( bunun üçün o kauçukla hopdurulmuş ipəkdən istifadə edirdi) düşünmüşdür. Monqolfe qardaşları isə bu yüngül qazı saxlaya bilən örtük hazırlaya bilməmişdilər. Məhz buna görə də onlar təcrübələrini isti qazla aparmışdılar.

Təəssüf ki, professor Şarlın şarı 1000-dən 1500 metrə ilk sınaq zamanı deşildi və Parisə yaxınlıqda yerə düşdü. Yerli kəndlilər onların üzərinə göydən hansısa məxluqun düşdüyünü düşündülər və onun üzərinə kərənti və yaba ilə hücum edərək şarın qalan hissəsin cırıq-cırıq etdilər. Beləliklə, hazırlanması üçün 10000 frank xərclənən örtük bərpa oluna bilinməyəcək şəkildə məhv edildi.

Buna baxmayaraq, öz ixtiraçısının adını daşıyan uçan aparat “şarler”  “monqolferdən” (“Şarlerə” qarşı olan Monqolfe qardaşlarının hava şarı belə adlanırdı) daha effektiv olduğu aydın oldu. Ancaq havadan 14,5 dəfə daha yüngül olan hidrogen partlayıcıdır, ona görə də daha çox təhlükəlidir.

Uçma prinsipi

Şarın havada yüksəlməsi, suya atılan cismin üzməsi ilə eyni prinsipə əsaslanır və ona təsir edən Arximed qüvvəsi ilə izah olunur. Şar yerini tutduğu havanın ağırlığı onun öz ağırlığına bərabər olana qədər yüksəlir. Yüksəklik artdıqca havanın sıxlığı azaldığından ağırlıq tarazlanır və şar daha yüksəyə çıxa bilmir. Daha yüksəyə çıxmaq üçün şarın içindəki havanın qızdırılaraq genişləndirilməsi və nəticə etibarilə yüngülləşdirilməsi, alçalmaq üçün isə şarın içindəki havanın azaldılması lazımdır.

İdarəetmə

Şarlar bir yerdən başqa bir yerə çatmaq üçün əlverişli vasitələr deyildirlər, yalnız şaquli hərəkət idarəetməsi vardır və küləklə süründürüldüklərindən üfüqi istiqamətləndirmə imkanları yoxdur. Nəqliyyat vasitəsi olaraq istifadə edilən və idarə oluna bilən hava şarları - dirijablların itələmə qüvvəsiylə hərəkət etmələrini təmin edən mühərrikləri və havada istiqamətlənməsini təmin edən sükanları vardır.

Hava şarı zərf və qandola (və ya səbət) adlanan iki hissədən ibarətdir. Zərf şarın hava ilə doldurulan yeri olduğundan yüksək daxili təzyiqə davamlı, kiçik cırıqların böyüməsini önləyən, məsaməli olmayan elastik və yüngül materiallardan hazırlanır. Şarın yuxarı hissəsində alçalmaq və ya enişdən sonra şarı boşaltmaq üçün iplə çəkilərək açılan hava boşaltma dəliyi vardır.

Xüsusiyyətləri

  • idare edicinin olmaması - balonun öz-özünə idarə olması mümkün deyil, çünki hava axınının onu istiqamətləndirəcəyi istiqamətə uçur.
  • böyük və ağır yüklərin daşınması qeyri-mümkündür (isti hava şarlarına aiddir).

Mənbə

  • Сергей Юрьевич Нечаев Удивительные изобретения [Текст] / С. Ю. Нечаев. - Москва : ЭНАС, 2012. - 236, [4] с.39-41
  1. Аеростат // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 129.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.