Aerogel

Aerogel (Latın dili. aer – hava, gelatus – donmuş) – maye halı tamamilə qaz halı ilə əvəzolunmuş, gel şəklində materiallar sinfi. Bu tip materiallar möhkəmlik, şəffaflıq, istiyədavamlılıq, olduqca aşağı istilikkeçiriliciklə yanaşı, rekord aşağı sıxlıq xassəsinə malikdirlər. Amorf silisium oksid, silisium, alüminium oksid və həmçinin xrom oksid əsasında olan Aerogellər mövcuddur. 1990-cı illərin əvvəllərində karbon əsasında olan aerogelin ilk nümunələri əldə edilmişdir.

Strukturu

Aerogel məsaməli meteriallar sinfinə aiddir, bu sinif materiallarda basıqlıq ümumü həcmin ən azı 50% -ni təşkil edir. Adətən bu nisbət 90-99%a çatır, sıxlıq isə 1 -150 кq/м³ təşkil edir. Aerogelin strukturu ağacşəkilli tora bənzəyir. Bu tor 2-5 nm ölçülərində olan nanohissələrin və 100 nm öçülərinə kimi olan məsamələrin klasterlərə birləşməsindən ibarətdir.

Tarix

Öz nəticələrini Nature jurnalında nəşr etmiş, Sakit Okean Kollecinin ( College of the Pacific) kimyaçısı Stiven Kistler tərəfindən kəşf olunduğu qəbul olunur.

Kistler geldə mayeni metanol ilə əvəz edib təzyiq altında metanolun böhran temperaturuna (240 °C) kimi qızdırırdı. Nəticədə metanol həcmini dəyişmədən geli tərk eliyir; uyğun olaraq gel də sıxılmadan quruyurdu.

Xassələri

Aerogel yüngül amma möhkəm penoplasta bənzəyir. Güclü təzyiq zamanı aerogel çatlayır, amma ümumülükdə aerogel çox möhkəm materialdır – öz çəkisindən 2000 dəfə böyük olan təzyiqə davam gətirə bilər.

İstifadəsi

Hal hazırda NASA – nın "Stardust" (Kosmik toz) layihəsində kosmik toz tələsi üçün xammal kimi istifadə olunub.

Aerogel qaz və maye filtr kimi itifadə olunur.

Aliminium nanohissələrinə malik dəmir oksid əsasında olan aerogel partlayıcı maddə kimi istifadə oluna bilər. (Lourens Livermor adına milli laboratoriyanın kəşfi, ABŞ). 2006-cı ilin əvvəllərində bəzi şirkətlər (United Nuclear və başqaları) aerogelin təşkilatlara və fiziki şəxslərə satışını elan etdi. Ölçüsündən və formasından asılı olaraq qiyməti 25$ (fraqment) 125$ kimi (ovuca yerləşəcək ölçüdə) təşkil edir.

Həmçinin bax

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.