Advanced Packaging Tool
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində (məsələn: Ubuntu, Kubuntu, Edubuntu və sair) proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır. UNIX-tipli əməliyyat sistemləri üçün komplir olunmuş paketlərlə bərabər, mənbə kodları ilə də kökləmək olur.
apt | |
---|---|
![]() | |
Müəllif | Yason Gunthorp |
Tərtibatçılar | apt qrupu |
Proqramlaşdırma dili | C++[1] |
Əməliyyat sistemi | Linux (alpha amd64 arm hppa i386 ia64 mips mipsel powerpc s390 SPARC)[2], GNU Hurd (i386), kFreeBSD (i386)[3], Nexenta OS[4] |
İnterfeysin dili | C++ |
Yayımlanma tarixi | 16 avqust 1998 |
Platforma | kross-platforma |
Sonuncu versiya |
|
Lisenziya | GNU GPL 2 и və daha yeni (libqt istisna olaraq) |
Sayt | tracker.debian.org/pkg/a… |
![]() |
Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir.
apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir).
GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır.
İmkanlar
Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir. apt üçün bir neçə qrafik qabıq mövcuddur:
- Adept package manager əvvəllər Kubuntu distributivinə daxil idi (hal-hazırda KPackageKit ilə əvəz edilib)
- Aptitude — mətn və əmr rejimlərində
- Synaptic — GTK+ əsasında hazırlanmış sadə və güclü qrafik menecer
- KPackage — KDE iş masası üçün komponent
Maraqlı faktlar
apt-get
boş əmrini yığdıqda istifadəçi əmr haqda kiçik yardım faylı görür və sonda bu yazı yaranır: "This APT has Super Cow Powers".
0.6.3 versiyası üçün moo əmri verdikdə belə bir yazı meydana gəlir: "There are no Easter Eggs in this program". Həmçinin aptitude --help
kodunun sonunda bu cür cümlə var: "This aptitude does not have Super Cow Powers".
Həmçinin bax
İstinad
- The apt Open Source Project on Open Hub: Languages Page. 2006.
- "Debian — Package Search Results — apt". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-13.
- Jeroen’s buildd information pages
- "Nexenta AptCloneMan". 2010-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-13.
- 2.7.13. 2024.
Mənbələr
- Gustavo Noronha Silva. "APT HOWTO" (rus). 2012-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2010.