Adoniram
Adoniram[1] (ivr. אדונירם; mənası – "Rəbbim ucaldıb") və ya Adoram (ivr. אדורם; mənası – "Rəbb ucaldıb")[2] — Birləşmiş İsrail krallığında vergiyığan. O, qırx ildən artıq müddət bu vəzifədə çalışmışdır. Adoniram Davud padşahının padşahlığının son illərindən Rovoamın padşahlıq dövrünə qədər xidmət etmişdir.[3] O, Süleyman padşahın məbədinin tikintisi zamanı odunçuların işə götürülməsinə rəhbərlik edirdi.[4] İncildəki məlumata görə, Rovoam onu vergi toplamaq üçün göndərəndə İsrail xalqı onu daşqalaq edib öldürmüşdür.[5]
İstinadlar
- 1 Kings 4:6; 5:14
- NETBible, "Adoniram Arxivləşdirilib 2009-09-04 at the Wayback Machine."
- 2 Samuel 20:24
- 1 Kings 5:13, 14
- 1 Kings 12:18
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.