Adolf Ledebur

Karl Hanrich Adolf Ledebur — alman metallurqu. O Ledeburiti kəşf etdikdən sonra məşhurlaşmışdır. 1875-ci ildə Frayberq Dağ-Mədən Akademiyasında "Metallurgiya" laboratoriyasına rəhbər təyin olunanda, artıq o 1 il idi ki, həmin ali məktəbdə professor kimi çalışırdı. 1882-ci ildə ona poladın tərkibində dəmirkarbondan ibarət qarışıq kristalı sübut etmək nəsib olmuşdur. Sonralar bu kristal onun şərəfinə Ledeburit adlandırılmışdır.

Adolf Ledebur
Doğum tarixi
Doğum yeri Blankenburq, Almaniya
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Frayberq, Almaniya
Fəaliyyəti metallurq, universitet müəllimi[d], mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ledebur poçt xidmətçisinin oğlu idi. Atası 1856-cı iləd vəfat edəndə Adolf ledebur Zorqedə dəmir-filizi karxansında Braunşvayq ali məktəbinin tələbəsi kimi praktikum keçirdi. 1858-ci ildə o təhsilini maliyyə ehtiyacı ucundan yarımçıq qoyur və mədəndə işləməy başlayır. 1859-cu ildə Ledebur Mədən assistenti imtahanına buraxılır. Bu imtahanı verdikdən sonra o 1862-ci ildə Mədən aspirantı kimi Stolberg-Vernigerode -də işə başalyır. 1866-cı ildə Mədən inspektorunun qızı ilə evlənir. 1869-1871-ci illərdə Ledebur Berlində tökmə müəssisəinin rəhbəri işləyir. Sonra o Gröditz şəhərindəki dəmir mədəninə işə keçir.

İşləri

Frayberqdə anım lövhəsi

1874-cü ildə sənayenin sürətlə inkiaşfı Frayberq Dağ-Mədən Akademiyasında ""Metallurgiya və Poladşünaslıq kafedrası" yaradılır. Həmin ilin dekabrın 1-dən Ledebur bu kafedranın müdiri seçilir. Omrünü sonuna kimi o bu kafedraya rəhbərlik edərək metallurgiya sahəsində əhəmiyyətli elmi işlər görmüşdür. 1875-ci ildə o yeni yaradılmış "Metallurgiya laboratoriyası"na da rəhbərlik edir. 1882-ci iləd ona poladın tərkibində dəmirkarbondan ibarət qarışıq kristallın olmasını kəşf etmək nəsib olur. Bu kristala onu adı verilir: Ledeburit. 1896 və 1898-ci illərdə Ledebur Yaponiyada çalışır və orada metallurgiya sənayesini yaradır. Həmçinin Tokiyoda metallurgiya kafedrasının yaranamsı da onu fəaliyyəti ilə bağlıdır. Onun planı əsasında Yavata polad zavodu tikilmişdir.zavodun texniki təchizatı Almaniyadan gətirilmişdir.

1899-cu ilədn 1901-ci ilə qədər Ledebur Frayberq Dağ-Mədən Akademiyasının rektoru olmuşdur. O, bu vəzifəyə seçilmiş ilk rektor idi. 1903-1905-ci illərdə o yenidən rektor seçilmişdir. Ledeburun rəhbərliyi altında metallurgiya sahəsində ilk dərsliklər və sorğu kitabları yazılmışdır. Onun kitabları bir neçə xaricə dilə tərcümə olunmuşdur.

Mənbə

  • Adolf Ledebur - Theoria cum praxi, in stahl und eisen 126(2006) Nr. 6 S. 104 bis 106
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.