Adolf Hitler
Adolf Hitler (alm. Adolf Hitler; 20 aprel 1889[1][2][…], Braunau-am-İnn[d], Yuxarı Avstriya[d][3] – 30 aprel 1945[4][1][…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer).
Adolf Hitler | |
---|---|
alm. Adolf Hitler | |
30 yanvar 1933 – 30 aprel 1945 | |
Əvvəlki | Kurt fon Şleyxer |
Sonrakı | Yozef Gebbels |
19 avqust 1934 – 30 aprel 1945 (2 avqust 1934-dən ə.e.) | |
Əvvəlki | Paul fon Hindenburq |
Sonrakı | Karl Dönits |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1889[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 1945[4][1][…] (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d][5] |
Dəfn yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Alois Hitler |
Anası | Klara Hitler |
Həyat yoldaşı | |
Uşağı | yoxdur |
Dini | bilinmir |
Hərbi xidmət | |
Mənsubiyyəti | Almaniya imperiyası[9] |
Qoşun növü | Almaniya İmperiyası ordusu, Vermaxt, piyada |
Rəhbərlik edib | |
Döyüşlər |
|
Rütbəsi | yefreytor, yefreytor |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Nasional Sosializm[10], Hərbi diktatura[10], siyasət[10] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci sıraya daxil edilib.[11][12]
İlk illəri
Uşaqlığı
Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür.[13]
Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur.[14] Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur.[15][16] Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib.[17] Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir.[18] Birinci evliliyindən onun 2 uşağı olmuşdur.[19][17]
Atasının ikinci evliliyindən doğulan 6 uşaqdan dördüncüsü olan Adolfun özündən əvvəl dünyaya gələn üç uşaq çox kiçik yaşlarında müxtəlif xəstəliklərdən,[20][21][22] özündən sonra doğulan 2 uşaqdan biri isə 5 yaşında olarkən qızılca xəstəliyindən vəfat etmişlər.[23][24] Adolf 13 yaşında atasını, 18 yaşında isə anasını itirmişdir.[25] Adının mənası qədim alman dilində "kübar qurd" deməkdir[26]. (Adolf = Adel + Wolf)
Gəncliyi
16 yaşında orta təhsilini başa vursa da buraxlış imtahanlarından kəsilir.[27] Orta məktəbdə çox zəif oxumasına baxmayaraq, yaxşı rəssamlıq qabiliyyəti olduğuna görə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir.[28] Lakin akademiya tərəfindən ona rəssamlığa yararsız olması izahatı[29] ilə iki dəfə (1907, 1908) rədd cavabı verilir. Ancaq öz istedadını daha çox memarlıq sahəsində göstərə biləcəyi tövsiyəsini alır. Sonradan üzləşdiyi maliyyə problemləri və imtahanlara lazımınca hazırlaşa bilməməsi onun memarlıq məktəbinə imtahan verməsinə imkan vermir.[30]
Birinci dünya müharibəsində iştirakı
1913-cü ilin mayında Hitler Münhen şəhərinə köçür. Burada o akvarel satmaqla dolanır.[31][32] 1914-cü ilin sentyabrında Almaniyanın Birinci dünya müharibəsinə qatılması ilə könüllü olaraq cəbhəyə yollanır və artıq oktyabr ayında sıravi əsgər kimi 16-cı Bavariya ehtiyat alayının 1-ci bölüyünün tərkibində Qərb cəbhəsinə göndərilir.[33] Həmin ilin dekabrında II dərəcəli Dəmir xaç ordeni ilə təltif olunur[34]. 1916-cı il oktyabrın 16-da Somma çayı sahilindəki döyüşdə ayağından yaralanır.[35] 1917-ci ilin martında hospitaldan çıxdıqdan sonra baş əsgər (yefreytor) kimi yenidən öz alayına qayıdır.[36] 1918-ci ilin avqustunda sıravi əsgərlərə çox nadir hallarda verilən I dərəcəli Dəmir xaç ordeni ilə təltif edilir.[37] 1918-ci il oktyabrın 13-də İpr şəhəri yaxınlığındakı döyüşdə ingilislərin almanlara qarşı işlətdiyi gözyaşardıcı kimyəvi qazın təsirindən kontuziyaya uğrayır və müvəqqəti olaraq görmə qabiliyyətini itirir.[38] Noyabr ayında hospitalda ikən Almaniyanın qeyd-şərtsiz təslim olduğunu və kayzerin devrildiyini öyrənir.[39] Bu xəbər onu hədsiz dərəcədə sarsıdır.[40]
Alman ordularının[41] həmin dövrdə hələ də düşmən ərazisində və üstün vəziyyətdə olduğu halda birdən-birə müharibədə məğlub olması Hitlerin sonrakı baxışlarına da ciddi təsir göstərmişdir.[42]
Siyasi fəaliyyəti
Hitler Almaniyanın müharibədəki[43] məğlubiyyətini və monarxiyanı devirən 1918-ci il Noyabr inqilabını xainlər tərəfindən müzəffər alman ordusuna "arxadan vurulmuş zərbə" hesab edirdi. Öz siyasi fəaliyyəti çərçivəsində Bismark, Palmerston kimi şəxslərdən təsirlənmişdir.
1918-ci ilin sonunda Hitler Münhenə geri qayıtdı və yenidən ordu sıralarına yazıldı. Hərbi hissə komandirinin tapşırığına əsasən o Münhendə baş vermiş inqilabi hadisələrin iştirakçıları əleyhinə məlumat toplayırdı.[44] Kapitan Ernst Römün tövsiyəsi ilə "Alman Fəhlə Partiyası"na qoşulan Hitler tezliklə partiyanın yaradıcılarını kənarlaşdıraraq onun yeganə liderinə çevrildi. Onun təşəbbüsü ilə 1919-cu ildə[45] partiyanın adı dəyişdirilərək "Nasional Sosialist Alman Fəhlə Partiyası" (Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP) adlandırılır.
Partiyadakı tərəfdarları alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə "Fürer" (alm. führer — rəhbər) ləqəbi verirlər.[46]
Pivə qiyamı
1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrildi. Partiyanın silahlı dəstələrinə Ernst Röm rəhbərlik edirdi. Partiyanın rəhbərliyini demək olar ki, tamamilə öz əlində cəmləşdirmiş Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi.[47][48]
1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər.[49] Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi, lakin alman Baş Qərargahının qəti mövqeyi qarşısında geriyə addım atan Bavariya rəhbərləri Hitlerə bildirdilər ki, hələ Berlin hakimiyyətinə qarşı açıq şəkildə çıxış etməyə hazır deyillər.[50] Bu, Hitleri vəziyyəti öz əlinə almaq istəyinə sövq etdi.[51]
Əlaqəli mövzular
İstiqamətlər
Doktrinalar
Təşkilatlar
Faşist liderlər
Faşist dövlətlər
|
8 noyabr 1923-cü il axşam saat 9-da Hitler və Lüdendorf silahlı hücum dəstələrinin başında Bavariya hökuməti rəhbərlərinin mitinqinin keçirildiyi Münhenin "Bürgerbroykeler"[50] pivəxanasına gəldilər. İçəri girən Hitler "Berlindəki xain hökumət"in devrildiyini elan etdi. Buranı tərk edən Karr NSDAP-nin və hücum dəstələrinin buraxılması haqqında qərar verdi. Eyni zamanda E. Remin rəhbərliyi altındakı hücum dəstələri Hərb Nazirliyinin Quru qoşunları komandanlığının qərargahını ələ keçirdilər, lakin ordu qüvvələri tərəfindən mühasirəyə alındılar.[52]
Noyabrın 9-u səhər tezdən Hitler və Lüdendorf 3 min nəfərlik dəstə ilə birlikdə Hərb Nazirliyinə tərəf irəliləməyə başladılar, lakin Rezidentştrasse küçəsində polis dəstəsi onların qarşısını kəsərək atəş açdı və qiyamçılar dağıldılar. 16 partiya üzvünün həlak olduğu bu hadisə Almaniya tarixinə "Pivə qiyamı" kimi düşdü.
1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra azadlığa buraxıldı. Həbsdə olduğu müddətdə özünün məşhur "Mənim mübarizəm" (alm. Mein Kampf) adlı kitabının birinci hissəsini yazdı. Tezliklə bu kitab NSDAP-nin əsas ideya qaynağına çevrildi.
Hakimiyyətə doğru
Hitlerin həbsxanada olduğu müddətdə partiya olduqca zəifləyir və həbsdən çıxdıqdan sonra o ilk növbədə partiyanı bərpa etməyə çalışır. Bu işdə ona E. Rem hücum dəstələrini bərpa etməklə yaxından kömək edir.[53] Lakin NSDAP-nin dirçəlməsində həlledici rolu Şimali və Şimal-Qərbi Almaniyanın sağ ekstremistlərini partiyaya cəlb edən Qreqor Ştrasser oynadı. Bu işdə ona qardaşı Otto və Yozef Gebbels yardım etmişdilər.[54] Bu, NSDAP-nin regional partiyadan ümummilli partiyaya çevrilməsinə şərait[55] yaratdı.
Eyni zamanda Hitler daha yüksək təbəqələr arasında da dəstək axtarırdı. O, həm ordu rəhbərliyinin bir hissəsini özünə yaxınlaşdıra bildi, həm də sənaye maqnatları ilə əlaqələr qurdu.[56][57] 1930 və 1932-ci illərdəki parlament seçkiləri nasistlərin Reyxstaqdakı sayını ciddi surətdə artırdı. Bu hal digər parlament partiyalarını nasistlərə daha ciddi yanaşmağa, onlarla hesablaşmağa və hətta koalisiya hökumətində ortaq kimi nəzərdən keçirməyə sövq edirdi.[58]
1930-cu il seçkilərində partiya 18,3% səs toplayaraq 107 yerə, 5 mart 1933-cü ildə keçirilmiş seçkilərdə isə səslərin 43,9%-ni toplayaraq[59] 288 yerə sahib oldu və Reyxstaqda hakim partiyaya çevrildi.[60][61]
Reyxstaqın yandırılması
Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəldikdən sonra Almaniyada nasistlər xeyli gücləndilər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı. Buna haqq qazandırmaq məqsədilə 1933-cü ilin fevralın 27-də Reyxstaqın[62] binasının yandırılması təşkil olundu. Bunun təqsiri kommunistlərin üzərinə atıldı və 1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə prosesi də keçirildi. Fevralın 28-də faşist hökumətinin təklifi əsasında prezident Paul fon Hindenburq "Xalqı və dövləti müdafiə etmək" adlı fövqəladə fərmanla Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv etdi.[63]
Siyasəti
Almaniyada Nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı. Gizli polis (Gestapo) yaradıldı. 1933-cü ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətini ləğv etdi. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. Beləliklə, Hitlerin böyük səyləri nəticəsində Almaniyada terrorçu avtoritar faşist diktaturası bərqərar oldu. Hitler antisemitizmi dövlət siyasətinə çevirdi. 1933-cü ilin yazından yəhudilərə məxsus müəssisələrin boykot edilməsinə başlanıldı.[64] 1935-ci ildə yəhudiləri alman vətəndaşlığından məhrum edən və onların dövlət aparatında hər hansı vəzifə tutmalarını qadağan edən bir sıra qanunlar qəbul edildi. Faşist diktaturasının yaradılması ilə Versal-Vaşinqton sistemi iflasa uğramağa başladı. 1933-cü il oktyabrın 14-də Almaniya Millətlər Cəmiyyətindən çıxdı, tərksilah üzrə konfransı tərk etdi.[65][66]
Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa.[67][68] bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb etdi.[44] Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrildi.[49]
İkinci dünya müharibəsi
1 sentyabr 1939-cu ildə özəl müzakirələrdə, Hitler Britaniyanı məğlub etmək və Polşanı məhv etmək məqsədilə bu dövlətlərə qarşı müharibə etmək niyyətində idi.[51]
1939-cu il 1 sentyabr tarixində Alman qoşunları Polşaya hücuma keçdilər, 2 gün sonra buna cavab olaraq Polşa ilə aralarındakı müttəfiqlik sazişinə əsasən İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər, lakin İngiltərə və Fransa 1940-cı ilin may ayına qədər fəal hücumlar etmədilər.[50] Bu hadisə tarixə "Qəribə müharibə" adı ilə daxil oldu. Tezliklə müharibənin miqyası genişləndi və tezliklə Avropanı, sonra isə İtalyanın səyləri ilə Şimali Afrikanı və Yaponiyanın qoşulması ilə Şərqi və Cənub-şərqi Asiyanı bürüdü.
İntihar
Hitler həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar edir.[69][70]
Vəsiyyətnaməsi
Adolf Hitlerin iki vəsiyyətnaməsi mövcuddur. Onlardan birincisi Hitlerin siyasi vəsiyyətnaməsidir. Hitler siyasi vəsiyyətnaməsində bildirirdi ki, Almaniya alman xalqının və ümumiyyətlə bütün millətlərin gələcəyi üçün ən böyük təhlükə olan yəhudilər və bolşevizm ilə mübarizədən gələcəkdə də çəkinməməlidir. O, bu siyasi vəsiyyətnaməsində özünün yəhudilər ilə apardığı mübarizəsinə haqq qazandırırdı. O, bildirirdi ki, yəhudilər və bolşeviklər dünya üçün zəhər kimi təhlükəlidir.[71] O, iddia edir ki, Almaniyanın gələcəyi məhz bu məsələdən asılıdır. O, bu vəsiyyətnaməsində bildirirdi ki, o haqlı olaraq müharibəyə başlamışdır, müharibədə məğlubiyyətə uğramasının səbəbini isə, qorxaq generallarının səhvləri ilə izah edir.[72]
İkinci vəsiyyətnamə isə, Hitlerin şəxsi vəsiyyətnaməsidir. Bu vəsiyyətnamədə o bütün həyatı boyunca topladığı şəxsi sənət əsərlərinin hamısının toplanaraq doğulduğu şəhər olan Linzdə bir muzey açılaraq bu muzeydə sərgilənməsini istəmişdir. Özünün bütün şəxsi mallarını isə,[73] partiyasına,[73][74] əgər partiyası qalmamışdırsa, onda dövlətə vəsiyyət etmişdir.
Maraqlı faktlar
- İngiltərənin "The Times" qəzetinin məlumatına görə Adolf Hitler 1933–1945-ci illər arasında futbol üzrə 6 dəfə Almaniya çempionluğunu qazanmış "Şalke 04" klubuna azarkeşlik edirmiş.[75] Lakin, klubun rəsmiləri bu məlumatı qətiyyətlə inkar edir və bildirirlər ki, Hitler nəinki Şalke azarkeşi, ümumiyyətlə futbol azarkeşi olmayıb və cəmi bir dəfə, 1936-cı ildə Almaniyada keçirilmiş olan Yay Olimpiya oyunlarının futbol üzrə final matçında stadionda olub və həmin oyunda Almaniya yığması Norveçə 2–0 hesabı ilə məğlub olub.[76]
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Adolf Hitler (nid.).
- Konder A. Adolf Hitler’s Family Tree (ing.): The Untold Story of the Hitler Family. 1 Salt Lake City: 2000. P. 29–30.
- Гитлер Адольф // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- https://www.washingtonpost.com/wp-srv/style/longterm/books/chap1/deathofhitler.htm?.
- The Routledge Companion to Nazi Germany. 2007. ISBN 978-0-415-30860-1
- Hitler: A Biography. 2008. ISBN 978-0-393-06757-6
- Deutsche Nationalbibliothek Record #118551655 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- https://www.biography.com/people/adolf-hitler-9340144.
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- Shirer, 1960. səh. 226–227
- Overy, 2005. səh. 63
- Hamann, 2010. səh. 50
- Rosmus, 2004. səh. 33
- Kubizek, 2006. səh. 92
- Hitler, 1999. səh. 6
- Payne, 1990. səh. 22
- Diver, 2005
- Jetzinger, 1976. səh. 32
- Hitler, 1999. səh. 8
- Keller, 2010. səh. 33–34
- Fest, 1977. səh. 32
- Bendersky, 2000. səh. 26
- Ryschka, 2008. səh. 35
- Hamann, 2010. səh. 13
- Kershaw, 1999. səh. 41, 42
- Shirer, 1960. səh. 26
- Nicholls, 2000. səh. 236, 237, 274
- Kershaw, 1999. səh. 97, 102
- Wheeler-Bennett, 1967. səh. 218–219
- City of Potsdam
- Shirer, 1960. səh. 196–197
- Messerschmidt, 1990. səh. 638
- Shirer, 1960. səh. 199
- Evans, 2005. səh. 109–111
- Shirer, 1960. səh. 318–319
- Evans, 2003. səh. 350–374
- Kershaw, 2008. səh. 309–314
- Shirer, 1960. səh. 229
- Kershaw, 2008. səh. 393–397
- Carr, 1972. səh. 23
- Evans, 2005. səh. 570–572
- Messerschmidt, 1990. səh. 636–637
- Kershaw, 2008. səh. 563, 569, 570
- Roberts, 2006. səh. 58–60
- Kurowski, 2005. səh. 141–142
- Glantz, 2001. səh. 9
- Koch, 1988
- Evans, 2008. səh. 210
- Bauer, 2000. səh. 5
- Shirer, 1960. səh. 900–901
- BBC News, 1999
- Kershaw, 2008. səh. 544–547, 821–822, 827–828
- Shirer, 1960. səh. 1036
- Shirer, 1960. səh. 1048–1072
- Bloch, 1992. səh. 228
- Overy, Wheatcroft, 1989. səh. 56
- Kershaw, 2008. səh. 497
- Bloch, 1992. səh. 260
- Weinberg, 1995. səh. 85–94
- Bloch, 1992. səh. 255–257
- Hakim, 1995
- Weinberg, 1980. səh. 561–562, 583–584
- Rees, 1997. səh. 148–149
- Rees, 1997. səh. 141–145
- Welch, 2001. səh. 88–89
- Deighton, 2008. səh. 7–9
- Ellis, 1993. səh. 94
- Crandell, 1987
- Bullock, 1962. səh. 753, 763, 780–781
- Kershaw, 2008. səh. 816–818
- Le Tissier, 2010. səh. 45
- Bullock, 1962. səh. 774–775
- Sereny, 1996. səh. 497–498
- The Times: The 50 worst famous football fans
- "Was Hitler a Schalke Fan?". 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
Biblioqrafiya
- Çap olunmuş
- Aigner, Dietrich. Hitler's ultimate aims – a programme of world dominion? // Koch, H. W. (redaktor ). Aspects of the Third Reich. London: MacMillan. 1985. ISBN 978-0-312-05726-8.
- Doyle, D. "Adolf Hitler's medical care". Journal of the Royal College of Physicians of Edinburgh. 35 (1). February 2005: 75–82. PMID 15825245.
- Bauer, Yehuda. Rethinking the Holocaust. New Haven: Yale University Press. 2000. səh. 5. ISBN 978-0-300-08256-2.
- Beevor, Antony. Berlin: The Downfall 1945. London: Viking-Penguin Books. 2002. ISBN 978-0-670-03041-5.
- Bendersky, Joseph W. A History of Nazi Germany: 1919–1945. Lanham: Rowman & Littlefield. 2000. ISBN 978-1-4422-1003-5.
- Bloch, Michael. Ribbentrop. New York: Crown Publishing. 1992. ISBN 978-0-517-59310-3.
- Bonney, Richard. "The Nazi Master Plan, Annex 4: The Persecution of the Christian Churches" (PDF). Rutgers Journal of Law and Religion. 2001. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 March 2016.
- Bracher, Karl Dietrich. The German Dictatorship. Jean Steinberg tərəfindən tərcümə olunub. New York: Penguin Books. 1970. ISBN 978-0-14-013724-8.
- Bullock, Alan. Hitler: A Study in Tyranny. London: Penguin Books. 1962 [1952]. ISBN 978-0-14-013564-0.
- Bullock, Alan. Hitler: A Study in Tyranny. New York: Konecky & Konecky. 1999 [1952]. ISBN 978-1-56852-036-0.
- Butler, Ewan; Young, Gordon. The Life and Death of Hermann Göring. Newton Abbot, Devon: David & Charles. 1989. ISBN 978-0-7153-9455-7.
- Carr, William. Arms, Autarky and Aggression. London: Edward Arnold. 1972. ISBN 978-0-7131-5668-3.
- Conway, John S. The Nazi Persecution of the Churches 1933–45. London: Weidenfeld & Nicolson. 1968. ISBN 978-0-297-76315-4.
- Crandell, William F. "Eisenhower the Strategist: The Battle of the Bulge and the Censure of Joe McCarthy". Presidential Studies Quarterly. 17 (3). 1987: 487–501. JSTOR 27550441.
- Deighton, Len. Fighter: The True Story of the Battle of Britain. New York: Random House. 2008. ISBN 978-1-84595-106-1.
- Del Testa, David W; Lemoine, Florence; Strickland, John. Government Leaders, Military Rulers, and Political Activists. Westport: Greenwood Publishing Group. 2003. səh. 83. ISBN 978-1-57356-153-2.
- Dollinger, Hans. The Decline and Fall of Nazi Germany and Imperial Japan: A Pictorial History of the Final Days of World War II. New York: Gramercy. 1995 [1965]. ISBN 978-0-517-12399-7.
- Dorland, Michael. Cadaverland: Inventing a Pathology of Catastrophe for Holocaust Survival: The Limits of Medical Knowledge and Memory in France. Tauber Institute for the Study of European Jewry series. Waltham, Mass: University Press of New England. 2009. ISBN 978-1-58465-784-2.
- Downing, David. The Nazi Death Camps. World Almanac Library of the Holocaust. Pleasantville, NY: Gareth Stevens. 2005. ISBN 978-0-8368-5947-8.
- Ellis, John. World War II Databook: The Essential Facts and Figures for All the Combatants. London: Aurum. 1993. ISBN 978-1-85410-254-6.
- Evans, Richard J. The Coming of the Third Reich. New York: Penguin Books. 2003. ISBN 978-0-14-303469-8.
- Evans, Richard J. The Third Reich in Power. New York: Penguin Books. 2005. ISBN 978-0-14-303790-3.
- Evans, Richard J. The Third Reich At War. New York: Penguin Books. 2008. ISBN 978-0-14-311671-4.
- Fest, Joachim C. The Face of the Third Reich. London: Weidenfeld & Nicolson. 1970. ISBN 978-0-297-17949-8.
- Fest, Joachim C. Hitler. London: Weidenfeld & Nicolson. 1974 [1973]. ISBN 978-0-297-76755-8.
- Fest, Joachim C. Hitler. Harmondsworth: Penguin. 1977 [1973]. ISBN 978-0-14-021983-8.
- Fischer, Klaus P. Nazi Germany: A New History. London: Constable and Company. 1995. ISBN 978-0-09-474910-8.
- Fromm, Erich. The Anatomy of Human Destructiveness. London: Penguin Books. 1977 [1973]. ISBN 978-0-14-004258-0.
- Fulda, Bernhard. Press and Politics in the Weimar Republic. Oxford: Oxford University Press. 2009. ISBN 978-0-19-954778-4.
- Gellately, Robert. "Reviewed work(s): Vom Generalplan Ost zum Generalsiedlungsplan by Czeslaw Madajczyk. Der "Generalplan Ost". Hauptlinien der nationalsozialistischen Planungs- und Vernichtungspolitik by Mechtild Rössler; Sabine Schleiermacher". Central European History. 29 (2). 1996: 270–274. doi:10.1017/S0008938900013170.
- Gellately, Robert. Social Outsiders in Nazi Germany. Princeton, NJ: Princeton University Press. 2001. ISBN 978-0-691-08684-2.
- Ghaemi, Nassir. A First-Rate Madness: Uncovering the Links Between Leadership and Mental Illness. New York: Penguin Publishing Group. 2011. ISBN 978-1-101-51759-8.
- Giblin, James Cross. The Life and Death of Adolf Hitler. New York: Houghton Mifflin Harcourt. 2002. ISBN 978-0-395-90371-1.
- Goldhagen, Daniel. Hitler's Willing Executioners: Ordinary Germans and the Holocaust. New York: Knopf. 1996. ISBN 978-0-679-44695-8.
- Haffner, Sebastian. The Meaning of Hitler. Cambridge, MA: Harvard University Press. 1979. ISBN 978-0-674-55775-8.
- Hakim, Joy. War, Peace, and All That Jazz. A History of US. 9. New York: Oxford University Press. 1995. ISBN 978-0-19-509514-2.
- Halperin, Samuel William. Germany Tried Democracy: A Political History of the Reich from 1918 to 1933. New York: W.W. Norton. 1965 [1946]. ISBN 978-0-393-00280-5.
- Hamann, Brigitte. Hitler's Vienna: A Portrait of the Tyrant as a Young Man. Trans. Thomas Thornton. London; New York: Tauris Parke Paperbacks. 2010 [1999]. ISBN 978-1-84885-277-8.
- Hancock, Ian. Romanies and the Holocaust: A Reevaluation and an Overview // Stone, Dan (redaktor ). The Historiography of the Holocaust. New York; Basingstoke: Palgrave Macmillan. 2004. ISBN 978-0-333-99745-1.
- Heck, Alfons. A Child of Hitler: Germany In The Days When God Wore A Swastika. Phoenix, AZ: Renaissance House. 2001 [1985]. ISBN 978-0-939650-44-6.
- Heston, Leonard L.; Heston, Renate. The Medical Casebook of Adolf Hitler: His Illnesses, Doctors, and Drugs. New York: Stein and Day. 1980 [1979]. ISBN 978-0-8128-2718-7.
- Hildebrand, Klaus. The Foreign Policy of the Third Reich. London: Batsford. 1973. ISBN 978-0-7134-1126-3.
- Hitler, Adolf. Mein Kampf. Trans. Ralph Manheim. Boston: Houghton Mifflin. 1999 [1925]. ISBN 978-0-395-92503-4.
- Hitler, Adolf; Trevor-Roper, Hugh. Hitler's Table-Talk, 1941–1945: Hitler's Conversations Recorded by Martin Bormann. Oxford: Oxford University Press. 1988 [1953]. ISBN 978-0-19-285180-2.
- Hitler, Adolf. Hitler's Table Talk, 1941–1944. London: Enigma. 2000 [1941–1944]. ISBN 978-1-929631-05-6.
- Jetzinger, Franz. Hitler's Youth. Westport, Conn: Greenwood Press. 1976 [1956]. ISBN 978-0-8371-8617-7.
- Joachimsthaler, Anton. The Last Days of Hitler: The Legends, the Evidence, the Truth. Trans. Helmut Bögler. London: Brockhampton Press. 1999 [1995]. ISBN 978-1-86019-902-8.
- Kee, Robert. Munich: The Eleventh Hour. London: Hamish Hamilton. 1988. ISBN 978-0-241-12537-3.
- Keegan, John. The Mask of Command: A Study of Generalship. London: Pimlico. 1987. ISBN 978-0-7126-6526-1.
- Keller, Gustav. Der Schüler Adolf Hitler: die Geschichte eines lebenslangen Amoklaufs [The Student Adolf Hitler: The Story of a Lifelong Rampage] (German). Münster: LIT. 2010. ISBN 978-3-643-10948-4.
- Kellogg, Michael. The Russian Roots of Nazism White Émigrés and the Making of National Socialism, 1917–1945. Cambridge: Cambridge University Press. 2005. ISBN 978-0-521-84512-0.
- Kershaw, Ian. Hitler: 1889–1936: Hubris. New York: W. W. Norton & Company. 1999 [1998]. ISBN 978-0-393-04671-7.
- Kershaw, Ian. The Nazi Dictatorship: Problems and Perspectives of Interpretation (4th). London: Arnold. 2000a [1985]. ISBN 978-0-340-76028-4.
- Kershaw, Ian. Hitler, 1936–1945: Nemesis. New York; London: W. W. Norton & Company. 2000b. ISBN 978-0-393-32252-1.
- Kershaw, Ian. Hitler: A Biography. New York: W. W. Norton & Company. 2008. ISBN 978-0-393-06757-6.
- Kershaw, Ian. The End: Hitler's Germany, 1944–45 (Paperback). London: Penguin. 2012. ISBN 978-0-14-101421-0.
- Koch, H. W. "Operation Barbarossa – The Current State of the Debate". The Historical Journal. 31 (2). June 1988: 377–390. doi:10.1017/S0018246X00012930.
- Kolb, Eberhard. The Weimar Republic. London; New York: Routledge. 2005 [1984]. ISBN 978-0-415-34441-8.
- Kolb, Eberhard. The Weimar Republic. New York: Routledge. 1988 [1984]. ISBN 978-0-415-09077-3.
- Kressel, Neil J. Mass Hate: The Global Rise Of Genocide And Terror. Boulder: Basic Books. 2002. ISBN 978-0-8133-3951-1.
- Kubizek, August. The Young Hitler I Knew. St. Paul, MN: MBI. 2006 [1953]. ISBN 978-1-85367-694-9.
- Kurowski, Franz. The Brandenburger Commandos: Germany's Elite Warrior Spies in World War II. Stackpole Military History series. Mechanicsburg, PA: Stackpole Books. 2005. ISBN 978-0-8117-3250-5.
- Langer, Walter C. The Mind of Adolf Hitler: The Secret Wartime Report. New York: Basic Books. 1972 [1943]. ISBN 978-0-465-04620-1.
- Lichtheim, George. Europe In The Twentieth Century. London: Sphere Books. 1974. ISBN 978-0-351-17192-5.
- Linge, Heinz. With Hitler to the End: The Memoirs of Adolf Hitler's Valet. Intro. Roger Moorhouse. New York: Skyhorse Publishing. 2009 [1980]. ISBN 978-1-60239-804-7.
- Longerich, Peter. The Unwritten Order: Hitler's Role in the Final Solution. History Press. 2005. ISBN 978-0-7524-3328-8.
- Maiolo, Joseph. The Royal Navy and Nazi Germany 1933–39: Appeasement and the Origins of the Second World War. London: Macmillan Press. 1998. ISBN 978-0-333-72007-3.
- Manvell, Roger; Fraenkel, Heinrich. Heinrich Himmler: The Sinister Life of the Head of the SS and Gestapo. London; New York: Greenhill; Skyhorse. 2007 [1965]. ISBN 978-1-60239-178-9.
- Maser, Werner. Hitler: Legend, Myth, Reality. London: Allen Lane. 1973. ISBN 978-0-7139-0473-4.
- Marrus, Michael. The Holocaust in History. Toronto: Key Porter. 2000. ISBN 978-0-299-23404-1.
- McGovern, James. Martin Bormann. New York: William Morrow. 1968. OCLC 441132.
- McNab, Chris. The Third Reich. London: Amber Books. 2009. ISBN 978-1-906626-51-8.
- Megargee, Geoffrey P. War of Annihilation: Combat and Genocide on the Eastern Front, 1941. Lanham, Md: Rowman & Littlefield. 2007. ISBN 978-0-7425-4482-6.
- Messerschmidt, Manfred. Foreign Policy and Preparation for War // Deist, Wilhelm (redaktor ). Germany and the Second World War. 1. Oxford: Clarendon Press. 1990. ISBN 978-0-19-822866-0.
- Mitcham, Samuel W. Why Hitler?: The Genesis of the Nazi Reich. Westport, Conn: Praeger. 1996. ISBN 978-0-275-95485-7.
- Mineau, André. Operation Barbarossa: Ideology and Ethics Against Human Dignity. Amsterdam; New York: Rodopi. 2004. ISBN 90-420-1633-7.
- Murray, Williamson. The Change in the European Balance of Power. Princeton: Princeton University Press. 1984. ISBN 978-0-691-05413-1.
- Murray, Williamson; Millett, Allan R. A War to be Won: Fighting the Second World War. Cambridge, MA: Belknap Press of Harvard University Press. 2001 [2000]. ISBN 978-0-674-00680-5.
- Naimark, Norman M. Fires of Hatred: Ethnic Cleansing in Twentieth-Century Europe. Cambridge, MA: Harvard University Press. 2002. ISBN 978-0-674-00994-3.
- Nicholls, David. Adolf Hitler: A Biographical Companion. University of North Carolina Press. 2000. ISBN 978-0-87436-965-6.
- Niewyk, Donald L.; Nicosia, Francis R. The Columbia Guide to the Holocaust. New York: Columbia University Press. 2000. ISBN 978-0-231-11200-0.
- O'Donnell, James P. The Bunker. New York: Da Capo Press. 2001 [1978]. ISBN 978-0-306-80958-3.
- Overy, Richard; Wheatcroft, Andrew. The Road To War. London: Macmillan. 1989. ISBN 978-0-14-028530-7.
- Overy, Richard. Germany and the Munich Crisis: A Mutilated Victory? // Lukes, Igor; Goldstein, Erik (redaktorlar ). The Munich Crisis, 1938: Prelude to World War II. London; Portland, OR: Frank Cass. 1999. OCLC 40862187.
- Overy, Richard. Misjudging Hitler // Martel, Gordon (redaktor ). The Origins of the Second World War Reconsidered. London: Routledge. 1999. ISBN 978-0-415-16324-8.
- Overy, Richard. The Dictators: Hitler's Germany, Stalin's Russia. London: Penguin Books. 2005. ISBN 978-0-393-02030-4.
- Overy, Richard. Hitler As War Leader // Dear, I. C. B.; Foot, M. R. D. (redaktorlar ). Oxford Companion to World War II. Oxford: Oxford University Press. 2005. ISBN 978-0-19-280670-3.
- Payne, Robert. The Life and Death of Adolf Hitler. New York: Hippocrene Books. 1990 [1973]. ISBN 978-0-88029-402-7.
- Plating, John D. The Hump: America's Strategy for Keeping China in World War II. Williams-Ford Texas A&M University military history series, no. 134. College Station: Texas A&M University Press. 2011. ISBN 978-1-60344-238-1.
- Proctor, Robert. The Nazi War on Cancer. Princeton, New Jersey: Princeton University Press. 1999. ISBN 978-0-691-07051-3.
- Read, Anthony. The Devil's Disciples: The Lives and Times of Hitler's Inner Circle. London: Pimlico. 2004. ISBN 978-0-7126-6416-5.
- Redlich, Fritz R. Hitler: Diagnosis of a Destructive Prophet. New York: Oxford University Press. September 2000. ISBN 978-0-19-513631-9.
- Rees, Laurence. The Nazis: A Warning from History. New York: New Press. 1997. ISBN 978-0-563-38704-6.
- Rißmann, Michael. Hitlers Gott. Vorsehungsglaube und Sendungsbewußtsein des deutschen Diktators (German). Zürich München: Pendo. 2001. ISBN 978-3-85842-421-1.
- Roberts, G. Stalin's Wars: From World War to Cold War, 1939–1953. New Haven: Yale University Press. 2006. ISBN 978-0-300-11204-7.
- Roberts, J. M. A History of Europe. Oxford: Helicon. 1996. ISBN 978-1-85986-178-3.
- Roberts, Martin. The New Barbarism – A Portrait of Europe 1900–1973. London: Oxford University Press. 1975. ISBN 978-0-19-913225-6.
- Robertson, Esmonde M. Hitler's Pre-War Policy and Military Plans: 1933–1939. London: Longmans. 1963. OCLC 300011871.
- Robertson, E. M. Hitler Planning for War and the Response of the Great Powers // H. W., Koch (redaktor ). Aspects of the Third Reich. London: Macmillan. 1985. ISBN 978-0-312-05726-8.
- Rosenbaum, Ron. Explaining Hitler: The Search for the Origins of His Evil. London: Harper Perennial. 1999. ISBN 978-0-06-095339-3.
- Rosmus, Anna Elisabeth. Out of Passau: Leaving a City Hitler Called Home. Columbia, S.C: University of South Carolina Press. 2004. ISBN 978-1-57003-508-1.
- Rothwell, Victor. The Origins of the Second World War. Manchester: Manchester University Press. 2001. ISBN 978-0-7190-5957-5.
- Rummel, Rudolph. Death by Government. New Brunswick, NJ: Transaction. 1994. ISBN 978-1-56000-145-4.
- Ryschka, Birgit. Constructing and Deconstructing National Identity: Dramatic Discourse in Tom Murphy's the Patriot Game and Felix Mitterer's in Der Löwengrube. Frankfurt am Main; New York: Peter Lang. 29 September 2008. ISBN 978-3-631-58111-7.
- Sereny, Gitta. Albert Speer: His Battle With Truth. New York; Toronto: Vintage. 1996 [1995]. ISBN 978-0-679-76812-8.
- Shirer, William L. The Rise and Fall of the Third Reich. New York: Simon & Schuster. 1960. ISBN 978-0-671-62420-0.
- Snyder, Timothy. Bloodlands: Europe Between Hitler and Stalin. New York: Basic Books. 2010. ISBN 978-0-465-00239-9.
- Speer, Albert. Inside the Third Reich. New York: Avon. 1971 [1969]. ISBN 978-0-380-00071-5.
- Steigmann-Gall, Richard. The Holy Reich: Nazi Conceptions of Christianity, 1919–1945. Cambridge; New York: Cambridge University Press. 2003. ISBN 978-0-521-82371-5.
- Steinberg, Jonathan. "The Third Reich Reflected: German Civil Administration in the Occupied Soviet Union, 1941–4". The English Historical Review. 110 (437). June 1995: 620–651. doi:10.1093/ehr/CX.437.620. OCLC 83655937.
- Steiner, John Michael. Power Politics and Social Change in National Socialist Germany: A Process of Escalation into Mass Destruction. The Hague: Mouton. 1976. ISBN 978-90-279-7651-2.
- Stolfi, Russel. "Barbarossa Revisited: A Critical Reappraisal of the Opening Stages of the Russo-German Campaign (June–December 1941)". The Journal of Modern History. 54 (1). March 1982: 27–46. doi:10.1086/244076. hdl:10945/44218.
- Tames, Richard. Dictatorship. Chicago: Heinemann Library. 2008. ISBN 978-1-4329-0234-6.
- Le Tissier, Tony. Race for the Reichstag. Barnsley: Pen & Sword. 2010 [1999]. ISBN 978-1-84884-230-4.
- Toland, John. Adolf Hitler. New York; Toronto: Ballantine Books. 1976. ISBN 978-0-345-25899-1.
- Toland, John. Adolf Hitler. New York: Anchor Books. 1992 [1976]. ISBN 978-0-385-42053-2.
- Vinogradov, V. K. Hitler's Death: Russia's Last Great Secret from the Files of the KGB. London: Chaucer Press. 2005. ISBN 978-1-904449-13-3.
- Waite, Robert G. L. The Psychopathic God: Adolf Hitler. New York: Da Capo Press. 1993 [1977]. ISBN 978-0-306-80514-1.
- Weber, Thomas. Hitler's First War: Adolf Hitler, The Men of the List Regiment, and the First World War. Oxford; New York: Oxford University Press. 2010. ISBN 978-0-19-923320-5.
- Weinberg, Gerhard. "Hitler's Image of the United States". The American Historical Review. 69 (4). December 1964: 1006–1021. doi:10.2307/1842933. JSTOR 1842933.
- Weinberg, Gerhard. The Foreign Policy of Hitler's Germany Diplomatic Revolution in Europe 1933–1936. Chicago, Illinois: University of Chicago Press. 1970. ISBN 978-0-226-88509-4.
- Weinberg, Gerhard. The Foreign Policy of Hitler's Germany Starting World War II. Chicago, Illinois: University of Chicago Press. 1980. ISBN 978-0-226-88511-7.
- Weinberg, Gerhard. Hitler and England, 1933–1945: Pretense and Reality // Germany, Hitler, and World War II: Essays in Modern German and World History. Cambridge: Cambridge University Press. 1995. ISBN 978-0-521-47407-8.
- Weinberg, Gerhard. Hitler's Foreign Policy 1933–1939: The Road to World War II. New York: Enigma. 2010 [2005]. ISBN 978-1-929631-91-9.
- Welch, David. Hitler: Profile of a Dictator. London: Routledge. 2001. ISBN 978-0-415-25075-7.
- Wheeler-Bennett, John. The Nemesis of Power. London: Macmillan. 1967. ISBN 978-1-4039-1812-3.
- Wilt, Alan. "Hitler's Late Summer Pause in 1941". Military Affairs. 45 (4). December 1981: 187–191. doi:10.2307/1987464. JSTOR 1987464.
- Winkler, Heinrich August. Germany: The Long Road West. Vol. 2, 1933–1990. Sager, Alexander (trans.). New York: Oxford University Press. 2007. ISBN 978-0-19-926598-5.
- Ziemke, Earl F. Battle for Berlin: End of the Third Reich. Ballantine's Illustrated History of World War II. Battle Book #6. London: Ballantine Books. 1969. OCLC 23899.
- Online
- "1933 – Day of Potsdam". City of Potsdam. December 2004. 6 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2011.
- Bazyler, Michael J. "Holocaust Denial Laws and Other Legislation Criminalizing Promotion of Nazism" (PDF). Yad Vashem. 25 December 2006. 27 November 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 January 2013.
- "Der Hitler-Prozeß vor dem Volksgericht in München" [The Hitler Trial Before the People's Court in Munich] (German). 1924.
- Diver, Krysia. "Journal reveals Hitler's dysfunctional family". The Guardian. Guardian Media Group. 4 August 2005. 24 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2018.
- "Documents: Bush's Grandfather Directed Bank Tied to Man Who Funded Hitler". Fox News. 17 October 2003. 24 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2014.
- "Eingabe der Industriellen an Hindenburg vom November 1932" [= Letter of the industrialists to Hindenburg, November 1932]. Glasnost–Archiv. 25 April 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2011.
- Evans, Richard J. "How the First World War shaped Hitler". The Globe and Mail. Phillip Crawley. 22 June 2011. 1 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2012.
- Frauenfeld, A. E. "The Power of Speech". Calvin College. August 1937. 12 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2014.
- "Germany: Second Revolution?". Time Magazine. Time. 2 July 1934. 17 April 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 April 2013.
- Glantz, David. "The Soviet‐German War 1941–45: Myths and Realities: A Survey Essay". Clemson, SC: Strom Thurmond Institute of Government and Public Affairs, Clemson University. 11 oktyabr 2001. 22 iyul 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2017.
- Goebbels, Joseph. "The Führer as a Speaker". Calvin College. 1936. 12 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2014.
- Gunkel, Christoph. "Medicating a Madman: A Sober Look at Hitler's Health". Spiegel Online International. 4 February 2010. 26 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2013.
- Hinrichs, Per. "Des Führers Pass: Hitlers Einbürgerung" [The Führer's Passport: Hitler's Naturalisation] (German). Spiegel Online. 10 March 2007. 12 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2014.
- "Hitler's Last Days". mi5.gov.uk. MI5 Security Service. 4 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2012.
- Hoffman, David (creator, writer). How Hitler Lost the War (television documentary). US: Varied Directions. 1989. 12 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 August 2014.
- "Introduction to the Holocaust". United States Holocaust Memorial Museum. 30 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2014.
- Jones, Bill (creator, director). The Fatal Attraction of Adolf Hitler (television documentary). England: BBC. 1989. 28 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 April 2016.
- Kotanko, Florian. "House of Responsibility". HRB News. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2013.
- "Leni Riefenstahl". The Daily Telegraph. London: TMG. 10 September 2003. ISSN 0307-1235. OCLC 49632006. 17 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2013.
- Longerich, Heinz Peter. "Hitler's Role in the Persecution of the Jews by the Nazi Regime". Atlanta: Emory University. 2003. 15. Hitler and the Mass Shootings of Jews During the War Against Russia. 22 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2013.
- Longerich, Heinz Peter. "Hitler's Role in the Persecution of the Jews by the Nazi Regime". Atlanta: Emory University. 2003. 17. Radicalisation of the Persecution of the Jews by Hitler at the Turn of the Year 1941–1942. 9 July 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2013.
- "Man of the Year". Time Magazine. Time. 2 January 1939. 7 June 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2008.
- Martin, Jonathan (creator, writer). World War II In HD Colour (television documentary). US: World Media Rights. 2008. 28 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 August 2014.
- McMillan, Dan. "Review of Fritz, Stephen G., Ostkrieg: Hitler's War of Extermination in the East". H-Genocide, H-Net Reviews. October 2012. 19 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2012.
- "Parkinson's part in Hitler's downfall". BBC News. 29 July 1999. 21 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2011.
- Phayer, Michael. "The Response of the Catholic Church to National Socialism" (PDF). The Churches and Nazi Persecution. Yad Vashem. 2000. 2019-01-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
- "Poles: Victims of the Nazi Era: The Invasion and Occupation of Poland". ushmm.org. United States Holocaust Memorial Museum. 3 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2014.
- Pontin, Mark Williams. "The Alien Novelist". MIT Technology Review. 20 October 2008. 26 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2017.
- Porter, Tom. "Adolf Hitler 'Took Cocktail of Drugs' Reveal New Documents". IB Times. 24 August 2013. 17 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2015.
- Redlich, Fritz C. "A New Medical Diagnosis of Adolf Hitler: Giant Cell Arteritis—Temporal Arteritis". Arch Intern Med. 153 (6). 22 March 1993: 693–697. doi:10.1001/archinte.1993.00410060005001. PMID 8447705. 11 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2015.
- Rees, Laurence (writer, director) Kershaw, Ian (writer, consultant). The Dark Charisma of Adolf Hitler (television documentary). UK: BBC. 2012. 11 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2014.
- Sharkey, Joe. "Word for Word/The Case Against the Nazis; How Hitler's Forces Planned To Destroy German Christianity". The New York Times. 13 January 2002. 4 March 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2011.
- Weber, Thomas. "New Evidence Uncovers Hitler's Real First World War Story". BBC History Magazine. UK: Immediate Media Company. 2010a. 21 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2016.
- Wilson, Bee. "Mein Diat – Adolf Hitler's diet". New Statesman. UK: Questia. 9 October 1998. 13 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2008. (abunə tələb olunur)
Həmçinin bax
Xarici keçidlər
- Əsərləri və ya müəllifi olduğu işlər: Adolf Hitler İnternet arxivində
- OSS/CIA documents on Hitler
- Adolf Hitler — IMDb səhifəsi — real life footage in documentaries — as portrayed in film and TV
- "Adolf Hitler". The Vault. FBI Records.
- "Hitler and his officers". World War II Movies in Color. WW2inColor. 26 noyabr 2005 tarixində orijinalından arxivləşdirilib.
- "Hitler in History", In Our Time, BBC Radio 4 discussion with Ian Kershaw, Niall Ferguson and Mary Fulbrook (5 October 2000).