Adolf Butenandt
Adolf Friedrich Johann (24 mart 1903[2][3][…] – 18 yanvar 1995[2][3][…], Münxen[1])— Alman biokimyaçısı
Adolf Butenandt | |
---|---|
Adolf Friedrich Johann Butenandt | |
Doğum tarixi | |
Doğum yeri | Bremerhaven Almaniya |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Münhen Almaniya |
Vətəndaşlığı | (alm.) |
Milliyyəti | Alman |
Elm sahələri | Üzvi kimya, Biokimya |
İş yerləri | |
Təhsili | Göttingen Universiteti |
Elmi rəhbəri | Adolf Vindaus |
Üzvlüyü |
|
Mükafatları |
Kimya üzrə "Nobel" mükafatı (1939) Döyüş ləyaqət xaçı (1942) |
Vikianbarda əlaqəli mediafayllar |
Uğurları
O, cinsi hormonlar üzərində işinə görə 1939-cu ildə Lavoslav Ruziçka ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülüb. İkinci Dünya Müharibəsi səbəbindən mükafatını 1949-cu ildə–müharibədən sonra ala bilib.
Təhsili
Marbur Universiteti və Göttingen Universitetində təhsil alıb.
Fəaliyyəti
1927-ci ildə Göttingen Universitetində doktorluq dərəcəsi almışdır. Daha sonra bu məktəbdə və Danziq Texniki Universitetində dərs demişdir. 1936-cı ildə Kayzer Vilhelm İnstitutunun, daha sonra Maks Plank İnstitutunun direktoru oldu. 1960-1972-ci illərdə Maks Plank Elmin İnkişafı Assosiasiyasının prezidenti olub.[4]
Kəşfləri
Butenandt qadınlarda cinsi inkişafı və funksiyaları tənzimləyən estron hormonunu, daha sonra isə kişi cinsi hormonlarından biri olan androsteronu və qadınlarda progesteronu müəyyən edə bildi. Bu gün kortizonun genişmiqyaslı istehsalı Butenandtın bu mövzudakı işindən irəli gəlir.
İstinadlar
- Butenandt , Adolf Friedrich Johann // Annuaire prosopographique : la France savante.
- Adolf Butenandt // Encyclopædia Britannica (ing.).
- Adolf Friedrich Johann Butenandt // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- "Butenandt". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.