Adnan Hacızadə
Adnan Hikmət oğlu Hacızadə (13 iyul 1983, Bakı) — bloqqer.
Adnan Hacızadə | |
---|---|
Adnan Hikmət oğlu Hacızadə | |
Doğum tarixi | 13 iyul 1983 (40 yaş) |
Doğum yeri | |
Atası | Hikmət Hacızadə |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Həyatı
Adnan Hacızadə 13 iyul 1983-cü ildə Bakı şəhərində doğulub. Bakı Avropa liseyini bitirib. 2000-ci ildə Qafqaz Universitetinə daxil olub, bir il sonra ABŞ-nin Riçmond Universitetinə transfer olub, burada siyasətşünaslıq üzrə bakalavr təhsili alıb, 2005-ci ildə Bakıya gəlib, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr dərəcəsi alıb.
Adnan Hacızadənin Amerikadan qayıdışı Azərbaycanda Parlament seçkiləri ilə eyni dövrə düşür. Adnan müxalifətin mitinqlərində yenə də sıravi kimi iştirak edir.
Həmin dövrdə "Ol!" Gənclər Hərəkatını yaratmaq ideyası müzakirə olunur. 2006-cı ildə "Ol!" yaranır.
2007-ci ldə hərbi xidmətdə olmuşdur. 2008-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra "BP" ictimaiyyətlə əlaqələr şöbəsində öz işini davam etdirir.
2009-cu ilin mayın 28-də "ADR bizi birləşdirir!" aksiyasının müəllifi də Adnan Hacızadə idi. Həmin gün 16 nəfər gənci bir neçə saatlığa həbs elədilər.
İctimai fəaliyyətə 2003-cü ilin prezident seçkiləri vaxtı başlayıb. Bu dövr ərzində, heç bir siyasi partiyanın üzvü olmamış və heç vaxt siyasi iddia irəli sürməmişdir. Fəaliyyəti dövründə insanları tolerantlığa, qeyri-zorakılığa, maariflənmə və təhsilə səsləyərək ölkənin demokratik inkişafı üçün şəbəkələşmə kimi ən sivil metotlardan istifadə etmişdir.
2009-cu ilin iyulun 8-də Adnan Hacızadə özündən başqa altı dostu ilə bir yerdə "Livan" restoranının barında baş vermiş olaya görə 2 ay həbs olunmuşdur.
11 noyabr 2009-cu ildə məhkəmənin qərarı ilə Adnan Hacızadə 2 il müddətinə azadlıqdan məhrum edildi.
2010-cu il noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə həbsdə edilmiş blogger Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinin çıxardığı 26 iyul tarixli qərardan verdiyi apelyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib. Adnan Hacızadənin şikayəti təmin edilib və onun bundan sonrakı 7 ay 21 günlük cəzasından şərti azad edilməsi və məhkəmə zalından azadlığa buraxılması barədə qərarını elan edib[1].
İstinadlar
- "ADNAN HACIZADƏ MƏHKƏMƏ ZALINDAN AZADLIĞA BURAXILDI". 2011-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-19.