Adnalı (Cəlilabad)
Adnalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Adnalı | |
---|---|
39°17′27″ şm. e. 48°24′22″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
Adnalı (oyk.), (düz.) — Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd. İncəçayın sahilindən bir qədər aralı, Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir.
Adnalı toponimi farsca "cümə günü, həftənin beşinci günü" mənasındakı "adinə / adına / adna" sözüylə əlaqələndirmək olar. Bu mənada olan digər toponimlər mövcuddur (məsələn, Adinəməscidbala kəndi, Adinəqulukəndi, və s.). "Adinə" sözü həmçinin ad və soyad olaraq da istifadə olunur; belə halda "Adnalı" toponimini də şəxs adından yarandığını fərz etmək olar.
Digər açıqlamalara əsasən, "adna" qədim türk dillərində adana/adına/aduna formasında olub, "axtalanmış dəvə; at ilxısı; at saxlanılan yer" mənalarında işlənmişdir.[1]
Tarixi
Kənddə məscid və məktəb fəaliyyət göstərir. Məktəb uzun müddət təmir olunmamış, 2013-cü ildə isə böyük bir hissəsi yanmışdır.
Kənd tarixinin ən böyük incisi onun bulağıdır. Lakin o da quruma təhlükəsi ilə üz-üzədir. Məlumata görə bulaq rus çarı II Nikolayın zamanında inşa olunub. Lakin Sovetlər dönəmində kəndin ərazisində salınmış üzüm sahələri bulağın Üçtəpə kəndinə gedən borularını zədələmiş və sözügedən kənd bu bulağın suyundan istifadə edə bilməyib.
Hazırda bulağın suyundan yalnız Adnalı kənd sakinləri istifadə edirlər. 2010-cu ildə təmir məqsədi ilə bulağın anbarında təmzilərmə işləri aparılsa da onun qapağı hələ də bağlanılmayıb. Bu da ki, hər an yoluxucu xəstəliklərin su vasitəsi ilə yayılmasına şərait yarada bilər.[mənbə göstərin]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2088 nəfər əhali yaşayır.[2] Milli tərkibi Azərbaycan türklərindən ibarətdir.
Din
Kənddə "Həzrəti Əbülfəzl Abbas" məscidi dini icması fəaliyyət göstərir.[3]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- "Cəlilabad Adnalı kənd Həzrəti Əbülfəzl Abbas məscidi". 2021-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.