Adil Sadıqov
Adil Məmmədtağı oğlu Sadıqov (1941, Bakı – 14 yanvar 1990) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi (1981–1987), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı.
Adil Sadıqov | |
---|---|
1981 – 1987 | |
Əvvəlki | Tofiq Axundov |
Sonrakı | B. Qasımov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 14 yanvar 1990 |
Partiya |
|
Təhsili |
Həyatı
Adil Məmmədtağı oğlu Sadıqov 1941-ci ildə Bakıda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra "Azərneft" Birliyinin "Leninneft" Neft və Qazçıxarma İdarəsində neftçıxarma operatoru vəzifəsində əmək fəaliyyətinə başlamışdır.[1] Burada o, sahə rəisi, böyük mühəndis – mədən müdirinin müavini, mədən müdiri, mərkəzi mühəndis-texnoloji xidmət rəisinin müavini işləmişdir.[2]
Adil Sadıqov 1974-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Kimya və neft sənayesi şöbəsinin təlimatçısı, şöbə müdirinin müavini vəzifələrində çalışmış, 1981-ci ildə isə Azərbaycan KP Lenin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1987-ci ildə Azərbaycan KP MK-nın Kimya və neft sənayesi şöbəsinin müdiri təyin edilmiş, 1989-cu ildən isə Azərbaycan KP MK yanında partiya nəzarəti komissiyasının üzvü olmuşdur.[1]
Adil Sadıqov 1969-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Sənaye komissiyasının üzvü olmuşdur.[2]
Adil Sadıqov 14 yanvar 1990-cı ildə 49 yaşında vəfat etmişdir.[1]
İstinadlar
- Адил Мәммәдтағы оғлу Садыгов // Коммунист. № 13 (21081). 16 јанвар 1990-ҹы ил. С. 4.
- Садыгов Адил Мәммәдтағы оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 344.