Adil Rüstəmov

Adil Əliağa oğlu Rüstəmov (11 mart 1943, Bakı22 mart 2018, Ruan, Fransa) — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).

Adil Rüstəmov
Doğum tarixi 11 mart 1943(1943-03-11)
Doğum yeri
Vəfat tarixi 22 mart 2018(2018-03-22) (75 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı  — 2002

Həyatı

Adil Əliağa oğlu Rüstəmov 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq Universitetini bitirmişdir.

1975-ci ildə Rəssamlar İttifaqına qəbul edilmişdir. 1981-ci ildə 3 qrafik rəssam ilə birgə sərgi keçirmişdir. 1985-ci ildə Arktika adlı fərdi sərgisini keçirmişdir. 1991-ci ildə Lirika və Poeziya adlı fərdi sərgisini keçirmişdir. 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı adına layiq görülmüşdür. 1994-cü ildə "Əliağa Vahid — 100" adlı fərdi sərgisini keçirmişdir. 1996-cı ildə "Füzuli — 500" adlı fərdi sərgisini keçirmişdir. 1996-cı ildə Novosibirsk şəhərində BİENAL-qrafika 99 Beynəlxalq Sərgisində iştirak etmişdir. 2000-ci ildə Azərbaycanda və Türkiyədə fərdi sərgiləri təşkil edilmişdir. Rəssamlıq Akademiyasında müəllim kimi çalışmışdır.

2010-cu ildə Xocalı soyqırımının ildönümü münasibətilə Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Adil Rüstəmovun "Qarabağ şikəstəsi" adlı fərdi sərgisi keçirildi. Sərgidə 40 qrafika nümunəsi nümayiş etdirilmişdir.[1]

Adil Rüstəmov 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı olmuşdur. 1997-ci ildə "Humay" mükafatına, 30 may 2002-ci ildə isə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülmüşdür.

İstinadlar

  1. "Adil Rüstəmov". 2018-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.