Adil Kərimli

Adil Qabil oğlu Kərimli (22 oktyabr 1979, Bakı) — Azərbaycan Respublikasının mədəniyyət naziri (2023-cü ildən), Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini (2012–2022).

Adil Kərimli
Vəzifədədir
14 aprel 2023-cüildən
(i.e. 14–16 fevral 2024)
ƏvvəlkiAnar Kərimov
22 dekabr 2022 14 aprel 2023
bayraq
Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini
bayraq2
8 oktyabr 2012 22 dekabr 2022
DirektorAnar Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 22 oktyabr 1979(1979-10-22) (44 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi cinayət hüququ
Elmi dərəcəsi

Həyatı

Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil almış, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilmiş və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır.[1]

İngilisrus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir.

Fəaliyyəti

Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə "Hüquq ədəbiyyatı" nəşriyyatında hüquq məsləhətçisi kimi başlamışdır. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olmuşdur. 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim və 2011-ci ildən isə baş müəllim işləmişdir. 2003–2009-cu illərdə "Great Wall Drilling Company" şirkətinin Azərbaycan nümayəndəliyində Hüquq departamentinin rəhbəri vəzifəsində çalışmışdır.[2]

2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində əvəzçilik üzrə hüquq və beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində işləmişdir. 2007–2011-ci illərdə "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, 2011-ci ilin avqust ayından 2012-ci ilin avqust ayınadək Bakı şəhərinin ev sahibliyi etdiyi "Eurovision" Mahnı Müsabiqəsi–2012 İşçi qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2007-ci ildən Avropa Yayımları Birliyinin Hüquq və İctimai İşlər Komitəsinin, 2011-ci ildən isə Avropa Yayımları Birliyinin "Eurovision" Mahnı Müsabiqəsi üzrə Məşvərət qrupunun üzvü olmuşdur.[2]

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilmişdir.[3]

"Milan Ekspo", "Dubay Ekspo" və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik etmiş, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olmuşdur.[2]

Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələrinin, fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə işçi qrupunun üzvü olmuşdur. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliyaFransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışmışdır.[2]

2004–2010-cu illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmuşdur. 1 iyul 2022-ci ildə yenidən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdir. 2014-cü ilin may ayından Azərbaycan Avtomobil Federasiyasının İdarə Heyətinin üzvüdür.[2]

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli müvafiq sərəncamları ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək[4] Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmiş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.[5]

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2023-cü il tarixli müvafiq sərəncamları ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilmiş[6] və mədəniyyət naziri təyin edilmişdir.[7]

Seçilmiş əsərləri

  • Tamah motivinin cinayət-hüquqi təhlili // "Hüquqi dövlət və qanun" jurnalı. № 9. 2002.
  • İki və ya daha çox şəxsi qəsdən öldürmə cinayətinin tövsif məsələləri // "Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri" elmi məqalələr məcmuəsi, 9-cu buraxılış. 2004.
  • İnsan alveri ilə cinayət-hüquqi mübarizə // "Hüquqi dövlət və qanun" jurnalı. № 5. 2005.
  • Sifarişlə adam öldürmənin motivasiyası və tövsif problemlərinə dair // "Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri" elmi məqalələr məcmuəsi, 12-ci buraxılış. 2005.
  • Cinayətin motivi və cinayətlərin tövsifi // "Qanunçuluq". № 4. 2006.
  • Qəsdən adam öldürmə cinayətlərinin tövsifində tamah motivinin yeri // "Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri" elmi məqalələr məcmuəsi, 12-ci buraxılış. 2006.
  • Xuliqanlıq motivi ilə törədilən qəsdən adam öldürmə cinayətlərinin tövsifinin bəzi məsələləri. Bakı: Bakı Dövlət Universiteti Nəşriyyatı. 2006.
  • Motiv və qəsdən adam öldürmə cinayətlərinin tövsifi. (monoqrafiya). Bakı. 2008.

İstinadlar

  1. "Adil Qabil oğlu Kərimli". law.bsu.edu.az. Bakı Dövlət Universitetinin Hüquq fakültəsi. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
  2. "Struktur və əməkdaşlar — Kərimli Adil Qabil oğlu". culture.gov.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2023.
  3. "A.Q.Kərimlinin Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 8 oktyabr 2012. 7 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2023.
  4. "A.Q.Kərimlinin Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2022.
  5. "A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2022.
  6. "A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2023.
  7. "A.Q.Kərimlinin Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2023.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.