Adile Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır.
Adile Naşit | |
---|---|
türk. Adile Özcan | |
Doğum adı | Adile Naşit |
Doğum tarixi | 17 iyun 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 11 dekabr 1987 (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kolorektal xərçəng |
Dəfn yeri | |
Milliyyəti | türk |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1947-1987 |
Mükafatları | ilin anası mükafatı |
IMDb | ID0621870 |
adilenasit.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub[1].
Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.[1].
11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir. Karacaahmet qəbirstanlığında oğlu və həyat yoldaşının yanında dəfn edilmişdir. Adilə Naşit canlandırdığı ana obrazlarına görə 1985-ci ildə ilin anası mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
- Aile pansiyonu (1987)
- Milyarder (1986)
- Quzucuqlarım (1986)
- Yaygara (1986)
- Hayroş (1986)
- Kiralıq ev (1986)
- Ağa Bacı (1986)
- Satmışım Anasını (1985)
- Şaban Papuçu Yarım (1985)
- Namuslu (1984)
- Şabaniyə (1984)
- Qırğıriyədə böyük seçim (1984)
- Çaşqın ördək (1983)
- Şıngırdak Şadiye (1982)
- Adile xala (1982)
- Buyurun Cümbüşə (1982)
- Görgüsüzler (1982)
- Tale quşu (1982)
- Dolap Beygiri (1982)
- Deliler Koğuşu (1981)
- Şabancık (1981)
- Hababam Sınıfı Güle Güle (1981)
- Bizim küçə (1981)
- Zarafat eləmə (1981)
- Qırğıriyədə şənlik var (1981)
- Qırğıriyə (1981)
- Davaro (film, 1981)
- Beş Parasız Adam (1980)
- Rahatlığım qalmadı (1980)
- Rəngli dünya (1980)
- İbişo (1980)
- Gelinciklerim (1979)
- Kişilərin gözəli səfil Bilo (1979)
- Doktor (1979)
- Vah başımıza gələnlər (1979)
- Nolacaq indi (1979)
- Köşe Kapmaca (1979)
- Şad günlər (1978)
- Hababam Sınıfı Dokuz Doğuruyor (1978)
- Sultan (1978)
- Kibar Feyzo (1978)
- Hababam Sınıfı Tatilde (1977)
- Gülən gözlər (1977)
- Sakar Şakir (1977)
- Şabanoğlu Şaban (1977)
- Tosun Paşa (1976)
- Ailə şərəfi (1976)
- Ah Dede Vah Dede (1976)
- Gəl barışaq (1976)
- İşte Hayat (1976)
- Hababam Sınıfı Uyanıyor (1976)
- Nə umduq, nə tapdıq (1976)
- Süt Kardeşler (1976)
- Hababam Sınıfı Sınıfta Kaldı (1975)
- Hababam Sınıfı (1975)
- Bizim ailə (1975)
- Televiziya uşağı (1975)
- Sevgili Halam (1975)
- Pembe Panter (1975)
- Haydi Gençlik Hop Hop (1975)
- Plaj Horozu (1975)
- Şehvet Kurbanı Şevket (1975)
- Bitirimler Sınıfı (1975)
- Dəlisən (1975)
- İşte Hayat (1975)
- Hanzo (1975)
- Çapkın Hırsız (1975)
- Ah harada (1975)
- Balaca ifritə (1975)
- Gece Kuşu Zehra (1975)
- Mavi muncuq (1974)
- Yüz Liraya Evlenilmez (1974)
- Həsrət (1974)
- Aç gözünü, Mehmet (1974)
- Salak Milyoner (1974)
- Canım qardaşım (1973)
- Oh Olsun (1973)
- Sev qardaşım (1972)
- Vur partlasın, çal oynasın (1970)
- Abbas Yolcu (1959)
- Kahpe Kurşun (1957)
- Lüks həyat (1950)
- Yara (1947)
İstinadlar
- Vüqar İsmayılov. "Türk kinosunun məşhur erməni aktyorları". Modern.az (az.). modern.az. 18.10.2013, 16:56. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-22.