Adilə Şahtaxtinskaya

Adilə Şahtaxtinskaya (17 aprel 1894, Tiflis30 mart 1951, Tbilisi) — Azərbaycan sovet mama-ginekoloq, tibb elmləri doktoru (1930), professor (1936). Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın.

Adilə Şahtaxtinskaya
Adilə İsa sultan qızı Şahtaxtinskaya
Doğum tarixi 17 aprel 1894(1894-04-17)
Doğum yeri
Vəfat tarixi 30 mart 1951(1951-03-30) (56 yaşında)
Vəfat yeri
Atası İsa sultan Şahtaxtinski
Elm sahəsi ginekologiya
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Tanınır Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın

Həyatı

Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu.[1] 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.[1]

Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etmişdir. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.