Adi suiti
Adi suiti (lat. Phoca vitulina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın qütb ətrafı bütün dənizlərində rast gəlinir.
Adi suiti | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Klad: Pan-Pinnipedia Klad: Pinnipedimorpha Klad: Pinnipediformes Klad: Pinnipedia Fəsiləüstü: Phocoidea Fəsilə: Yarımfəsilə: Triba: Phocini Cins: Növ: Adi suiti |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
İki yarımnövü: Avropa və Steyneqer suitisi Qırmızı kitaba daxil edilmişdir.
Əsasən Atlantik okean, Sakit okean sularında yaşayıırlar. Xüsusi ilə Baltik dənizi və Şimal dənizi sularında onlar üstünlük təşkil edir. Onlar əsasən qəhvəyi və ya boz rəngdə olurlar. Yetkin fərd 1,85 m uzunluğa və 132 kq çəkiyə malik olurlar. Erkəklər 30–35, dişilər isə 20–25 il yaşayırlar. Onlar əsasən qayalıqlar üzərində yerləşirləki, yırtıcılar onları ovlaya bilməsinlər. Onların ümumi sayı 400–500 min baş hesab edilir.
Çoxalması
Buz üzərində doğulan suitilər artıq bir neçə saatdan sonra üzməli olurlar. Ana bətnində doğuşa az qalmış öz emberional dərisini itirirlər.
Yarımnövləri
Adi suitilərin 5 yarımnövü vardır:
- Qərbi-Atlantik suitisi, Phoca vitulina concolor (Ceyms Ellsvorz De Kay, 1842), Şimali Amerikanın şərq hissəsində yayılmışdır;
- Unqava suitisi, Phoca vitulina mellonae (Doutt, 1942);— Əsasən Kanadanın şərq sahillərində yayılmışdır.
- Adi Sakit okean suitisi, Phoca vitulina richardsi (Gray, 1864). Şimali Amerikanın qərb sahillərində yayılıb;
- Ada suitisi, Phoca vitulina stejnegeri (Allen, 1902). Şərqi Asiya sahillərində yayılıb;
- Şərqi-Atlantik suitisi, Phoca vitulina vitulina (Linney, 1758). Adi suitilər arasında ən çox yayılanıdır. Əsasən Avropa və Qərbi Asiya sahillərində yayılıb.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0