Adi süzər
Adi süzər (lat. Certhia familiaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü.
Adi süzər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Neoaves Klad: Passerea Klad: Telluraves Klad: Australaves Klad: Eufalconimorphae Klad: Psittacopasserae Dəstə: Klad: Eupasseres Yarımdəstə: Parvdəstə: Muscicapida Fəsiləüstü: Certhioidea Fəsilə: Cins: Növ: Adi süzər |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Azərbaycan faunasına iki yarımnövü daxil olur. Lənkəran təbii vilayətində yaşayan İran və qalan meşələrdə məskunlaşmış Qafqaz yarımnöləri. Bədəninin üst tərəfi qonurumtul-qəhvəyi, uzununa ağımtıl çilli, altı ağdır. Qanadları və quyruğu köndələn açıq zolaqlıdır. Tək-tək cə ya cütlərlə gəzir. Səsi sakit nəğməsi cingiltili cəh-cəh şəklindədir. Arealı Avropa, Asiya, Şimali Amerikadır. Meşələrdə, parklarda və köhnə ağacları olan bağlarda məskunlaşır. Oturaq həyat tərzi keçirir. Yuvasını koğuşda və ya ona bənzər örtülü yerdə qurur. Apreldə və iyunda 7 ağ, qırmızı-qəhvəyi xalları olan yumurta qoyur. Mövsüm ərzində iki dəfə çoxalır. Qışda ovalıqlara enir. Cücülər və onların sürfələri ilə qidalanır.